Ötən gün iki futbolçusunu "Kəpəz"ə icarəyə verən "Sabah" başqa bir bir gənc heyət üzvünün də Premyer Liqada daha çox oyun təcrübəsi qazanmasında maraqlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi U-21 millimizin üzvü İldar Ələkbərovu icarə əsasında daim oynaya biləcəyi kluba göndərmək istəyir.
21 yaşlı hücumçunun xidmətində "Şamaxı" klubunun maraqlı olduğu bildirilir.
Bölgə klubunun mətbuat katibi Yusif Hüseynli İldarla maraqlandıqlarını təsdiq edib. ancaq...: "İldar Ələkbərovu yayda komandaya cəlb etmək istəyirdik. Ancaq o vaxt alınmamışdı. Qış transfer dövründə isə onun "Şamaxı"ya keçəcəyi gündəmdə deyil. Hər halda, onun adı transfer siyahısında yoxdur".
Qeyd edək ki, 2021-ci ilin yayında "Sabah"a keçən İldar Ələkbərov cari mövsümün ilk yarısında Premyer Liqada cəmi 11 oyunda 187 dəqiqə meydanda olub.
Mirağa