“Qarabağ”ın qanalı hücumçusu Ovusu Kvabenanın karyerasını Macarıstan klubunda davam etdirəcəyi açıqlanıb.
Fanat.Az Rusiyanın “Sport-Express” nəşri ağdamlıların legionerinin “Ferentsvaroş”a keçəcəyini bildirib.
Xəbərə görə, "köhlən atlar"la müqaviləsinin müddəti mövsümün sonundan başa çatacaq Ovusu yayda azad agent qismində “Ferentsvaroş”a qoşulacaq.
Ovusu 2020-ci ildən “Qarabağ”ın futbolçusudur. O, icarə əsasında Türkiyənin "Ankaragücü" klubunun da formasını geyinib.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rusiyalı mütəxəssis Stanislav Çerçesovun çalışdırdığı "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb. Bakıda macarlarla heç-heçəyə razılaşan (1:1) ağdamlılar səfərdə 3:1 hesablı qələbə qazanıb.
Nihat