12:35 06.01.2023 2652

Diniyev \"Səbail\"ə hansı futbolçuları gətirəcək? - Özü açıqladı

"Səbail" mövsümün ikinci yarısına Antalyada yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında hazırlaşır. 

"Gəmiçilər"in çalışdırıcısı Fanat.Az-a açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib: 

"Dördüncü gündür məşqlərə başlamışıq. Bəlkə də fikir bildirmək üçün tezdir, ancaq futbolçuların məşqlərə yanaşması məni çox sevindirir. Yaxşı çalışır, məşqdə özlərini göstərməyə can atırlar. Əslində, ən çətin dövrdür. Funksional hazırlığı yerinə qoymağa çalışırıq. Bu mərhələdə yorğunluq olur. Buna baxmayaraq, uşaqların səylə çalışması məni sevindirir. Gündə iki dəfə - həm səhər, həm axşam məşqə çıxırıq. Hazırlığın ilk həftəsi sırf fiziki çalışmalara, güc toplamağa hesablanıb".

Diniyev heyətdə itki olduğunu xəbər verib: "Bura 23 futbolçu ilə gəlmişik. Onlardan 3-ü qapıçıdır. Məni ən çox narahat edən Ruslan Hacıyevin durumudur. Gənc və istedadlı futbolçu olsa da, hazır deyil. Məşqlərdə ağrıdığını bildirdiyinə görə onu həkimlərin ixtiyarına vermişik". 

"Səbail" qış transfer dövründə iki mövqeyə oyunçu almağı hədəfləyib. Diniyev mərkəz müdafiəçi və vinger axtarışındadır. Təcrübəli mütəxəssis yeni transferlərin keçidini yanvarın 10-na kimi bitirməyi istəyir: "Bizə iki mövqeyə yeni oyunçu lazımdır. Amma qışda bunu reallaşdırmaq asan deyil. Zərgər dəqiqliyi ilə götür-qoy etməliyik ki, seçimdə yanılmayaq. Tanıdığımız, bələd olduğumuz futbolçuya üstünlük vermək istəyirik. Bu yöndə iş gedir. Ayın 10-na qədər həmin 2 mövqeyə axtardığım futbolçuları sərəncamımda görmək istəyirəm. Baxmayaraq ki, yanvarın 8-də də sınaq matçımız var. Ancaq Polşa “Legiya”sı ilə matç yorğunluq fonunda baş tutacaq, nəticə önəmli deyil. Ayın 12-də Çexiya “Bohemians”ı, 16-da isə Serbiya “Spartak”ı ilə qarşılaşacağıq ki, bu görüşlərdə taktiki-texniki planları sınayacağıq. Yeni transferlər ayın 10-na kimi olmayacaqsa, elə hazırki heyətlə də davam edəcəyik. Futbolçularımın performansına güvənirəm".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X