Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" komandası hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, "gəmiçilər"in rəqibi Varşavanın "Legiya" komandası olacaq.
"Cornelia Diamomd Golf Resort&SPA" kompleksinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın sonunda "Səbail"ə baş məşqçi təyin olunan Şahin Diniyev yeni kokandasında qeyri-rəsmi də olsa, debüt edəcək.