Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmslçisinin rəqibi Serbiyanın “Radnik” komandası olacaq.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Samir Abasovun komandası "Krilya Sovetov" (Rusiya) ilə qarşılaşacaq.