Peşəkar Futbol Liqası Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunlarını "Youtube" kanalı vasitəsilə yayınlayır.
Fanat.Az xəbər verir ki, ötən gün keçirilən "Şamaxı" - "Botoşani" (Rumıniya) görüşündə isə bunu sona qədər reallaşdırmaq mümkün olmayıb. Belə ki, oyun yarımçıq dayandırılıb. Leysan səbəbindən hakim 67-ci dəqiqədə oyunun bitdiyini elan edib.
Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0. Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.
Rumın klubunun rəsmi saytı PFL əməkdaşlarının yayın zamanı üzləşdiyi çətin anların videogörüntüsünü yayıb:
Mirağa