Mövsümün qalan bölümünün və Konfrans Liqasının pley-offunda Belçika "Gent"inə qarşı keçirəcəyi matçın hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ"ın cinah müdafiəçisi Abbas Hüseynov sıradan çıxıb.
Fanat.Az-ın xəbərinə görə, Abbas məşqdə xəsarət alıb.
Arxa xaçvari diz bağları qopan Heseynovun 8 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını bir həftə sonra Belçikada keçirəcək.
Nihat