"Kəpəz" Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçı keçirəcək.
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə üz-üzə gələcək.
Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, gəncəlilər Antalyadalı ilk oyunda Macarıstanın "MTK Budapeşt" komandasını 1:0 hesabı ilə məğlub edib.
"Kəpəz" yanvarın 18-də daha bir oyun keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.