21:00 25.01.2023 697

“Qazon ağırdır, burada oynamaq çətindir” – “Kəpəz”li Gəncə stadionundan gileyləndi

Antalyada məğlubiyyət acısı dadmayan iki komandadan biri olan “Kəpəz” doğma azarkeşləri önündə “Qəbələ”nin müqavimətini qıra bilmədi.

Halbuki, meydan sahibləri ilk hissədən sonra hesabda 2:0 öndəydi. Lakin fasilədən sonra nə baş verdisə, “Kəpəz” dayandı, üstünlük birmənalı qonaqların tərəfinə keçdi.

Nəticədə oyun 2:2 hesabı ilə başa çatdı.

Qarşılaşmadan sonra hər iki komandanın futbolçuları üzgün görünürdü. Bu matçda özünə bənzəməyən Fərid Nəbiyevlə söhbətdə oyunla bağlı suallara cavab aldıq.

- Qələbəni əldən verməyinizin səbəbi nə oldu?
- Bu gün cəzalı futbolçularımızın sayı çox idi. Buna baxmayaraq, oyuna yaxşı başlamışdıq, fasiləyə qədər 2 qol vurmuşduq. Təəssüf ki, ikinci yarıda gücümüzü qoruya bilmədik və qapımızda 2 top gördük. Diqqətsizliyimiz üzündən qələbəni əldən verdik. Lakin “Qəbələ” kimi komanda ilə matçda 1 xal da pis nəticə deyil.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- 2 xal itirdik.

- Tərlan Əhmədov da səninlə eyni fikirdəydi?
- Təbii ki.

- Nəticə ilə razı deyildi?
- Tək Tərlan müəllim yox, hamımız üzgünük. Əlimizdə olan qələbəni buraxdıq. Açığı, belə olacağını ağlımızdan keçirmirdik.

- Fasilədən sonra komandaya nə oldu? Nə baş verdi?
- Dediyim kimi, cəzalı futbolçuların yoxluğu və ikinci yarıda yorulmağımız özünü göstərdi. Komandada yeni futbolçular var deyə, bir-birimizə hələ tam öyrəşməmişik.

- Baş məşqçinin ikinci hissə üçün tapşırıqları nədən ibarət idi?
- Topa daha çox nəzarət etməliydik. Lakin “Qəbələ” öz gücü və təcrübəsi ilə istəyimizi həyata keçirməyə imkan vermədi.

- Qazon ağır görünürdü. Rəqib komandanın baş məşqçisi Elmar Baxşıyev də bundan gileylənirdi.
- Razıyam, burada oynamaq çətindir. Qazon çox ağırdır. Məşqlərimizi də burada yox, süni örtükdə edirik. Bu məqamın özü də oyunumuza hansısa mənada təsir edir.

- Cari mövsümdə “Kəpəz”in heyətində ilk qolunu vaxtilə futbolçu kimi yetişdiyin “Qəbələ”nin qapısından keçirdin. Bu gün sabiq komandana qarşı üçüncü dəfə oynadın. Necə hissdir?
- Futbolçu həyatımın 8 ili “Qəbələ”də keçib. Əlbəttə, bu komandaya qarşı oymamaq içimdə qəribə hisslər yaradır. Amma bu, futboldur. İşimiz elədir ki, bu gün buradayiq, sabah başqa klubda. Bu cür məqamlarda peşəkar olduğumuzu unutmamalıyıq.  Hər komandaya qarşı eyni motivasiya ilə hazırlaşmalı, eyni istəklə oynamalıyıq.

- Çexiyada 5 il keçirəndən sonra Azərbaycana qayıdıb iddiası Premyer Liqada qalmaq olan komanda ilə anlaşdın. Karyerandan nə dərəcədə razısan?
- Bu dəqiqə mənim üçün vacib olan daha çox oyun təcrübəsi qazanıb karyeramı yenidən Avropada davam etdirməkdir. Hazırda “Kəpəz”in uğurlarını düşünürəm. Gələcəkdə nələrin baş verəcəyini zaman göstərəcək.

Nihat, Gəncə

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
23:39

Azərbaycan boksçuları Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

Facebookdan bizi izləməyi unutmayın.
X