Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkənlər üçün Azərbaycanda başladılan yardım kampaniyasına "Sabah" klubu da qoşulub.
Bu barədə Fanat.Az-a paytaxt klubunun mətbuat katibi Elnur Həmidov məlumat verib.
"Bizim azarkeş qrupu olan "Soldati Di Sabah" dünəndən dəstək kampaniyasına başlayıb. Bizim klubun üzvləri də - əməkdaşlar, futbolçular da gənc azarkeşlərin başlatdığı bu təqdirəlayiq kampaniyaya qoşulublar".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 6234 nəfərə çatıb, 37 011 nəfər isə yaralanıb.
Röya