"Kəpəz" rəhbərliyi futbolçuların mətbuata açıqlama verməsinə qadağa qoyub.
Fanat.Az-ın məlumatına görə, hazırda son pillədəki "Səbail"i cəmi 1 xal qabaqlayan Gəncə təmsilçisinin rəhbərliyi bu addımı komandanı əlavə təzyiqlərdən qorumaq üçün atıb.
Qadağanın nə vaxt aradan qaldırılacağı bilinmir. İndilik məlum olan budur ki, media mənsubları ilə ünsiyyət yasağı qeyri-müəyyən müddətədək davam edəcək.
"Kəpəz"in sözçüsü Azad Mustafayev məlumatı təsdiqlədi:
"Bəli, "Kəpəz"in futbolçularının mətbuata danışması qadağan edilib. Bu qadağanın nə qədər qüvvədə qalacağı rəhbərliyin qərarından asılı olacaq. Sosial şəbəkə hesablarımızda bundan sonra oyunçularımızın fikirləri daha tez-tez yerləşdiriləcək. Onu da deyim ki, "Turan Tovuz"la şənbə günü keçirəcəyimiz səfər qarşılaşmasından sonra bir futbolçumuzun jurnalistlər önünə çıxarılması nəzərdə tutulub".
Nihat