"Araz Naxcivan" klubunun rəhbərliyi AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədovla görüşüb.
Fanat.Az xəbər verir ki, görüşdə birinci dövrənin yekunları, ikinci dövrənin hazılıqları barədə fikir mübadiləsi aparılıb.
Gələn mövsüm Premyer Liqaya vəsiqə yolunda söhbətlər olub. Tərəflər maliyə meyyarları, infrastruktur, futbolda sosyal məsuliyət və kadr, inzibati meyarlarla bağlı müzakirə aparıblar. "Araz Naxçıvan" futbol akademiyasının hazırki vəziyəti, yaş qruplarının formalaşdırılması ilə bağlı da fikir mübadilələri aparılıb.