12:35 10.02.2023 1093

"Qarabağ"a bal, "Sabah"a xal vəd edən turun statistikası

Azərbaycan çempionatının böyük maraqla gözləninlən 22-ci turunun mərkəzi oyunu "Qarabağ"la "Sabah" arasında olacaq. 

Fanat.Az xəbər verir ki,  “köhlən atlar” Masazır təmsilçisini doğma meydanında - "Azərsun Arena"da, saat 17:00-da qəbul edəcək. Sözügedən qarşılaşma hər iki tərəf üçün prinsipial xarakter daşıyır. "Sabah" çempionluq yolunda ən böyük maneəsi olan ağdamlılarla işini sabaha saxlamaq fikrində deyil. Beş xallıq fərqi aralarındakı oyunlarda “əritmək” masazırlıların məlum hədəfidir. Avropa fatehləri isə əksinə, boynunun arxasında hiss etdiyi nəfəsdən bir qədər də uzaqlaşmaq istəyir. Qazanılan bir xal belə, çempionluq çayını bal kimi şirin edəcək. "Qarabağ" həm də 5 gün sonra Konfrans Liqasının 1/16 final mərhələsində tarix yazmaq niyyətindədir. "Sabah"la oyunda hansısa zədə Qurban Qurbanovun planlarını poza bilər. Məhz bu səbəb və Belçika təmsilçisinin "Qarabağ"ın son oyununu izləmək ehtimalı  heyətdə müəyyən rotasiyaların olacağını da istisna etmir.

Bu tip duellərdə statistika da oxuculara, azrkeş və futbolsevərlərə maraqlı olur. Odur ki, yaxın keçmişə - son 10 oyunluq göstəricilərə nəzər saldıq: 

Ümumilikdə 30 qol qeydə alınıb. Statistika 23 dəfə masazırlıların, 7 dəfə ağdamlıların oyuna mərkəzdən başladığını deyir. Meydandan 8 məğlubiyyətlə ayrılan "Sabah", 2 heç-heçəyə sevinə bilib.  Sonuncu - 13.11.2022-ci ildə keçirilən oyunu (0:0) nəzərə almasaq, qalan 9  qarşılaşmada "Qarabağ" bu rəqibinin qapısına yol tapıb. "Sabah"ın isə "cavab atəşi"nin sayı 5-dir. Masazır təmsilçisi 2 dəfə darmadağına üzülüb: 1-5; 0:4.  Tərəflər arasında  ən məhsuldar oyun ötən ilin sentyabr ayında baş tutub: 7  qolluq oyundan "Qarabağ" qalib ayrılıb - 4:3.
Statistika cəzalarda "Sabah"ı lider göstərir.

Son 10 oyunda 3 dəfə 11 metrlik cərimə zərbəsindən qol qeydə alınıb. Hər üç qərar "Qarabağ"ın lehinə olub. 

Göstərilən aralıqda hakim tərəflərə 37 dəfə xəbərdarlıq (sarı kart) edib. Bunlardan 14-ü ağdamlıların, 23-ü Masazır təmsilçisinin payına düşüb. Hər iki komandada 1 dəfə  olmaqla, 1-ci xəbərdarlığı 2-ci "sarı"ya çevirən olub -  Patrik Andrade və Abdulaye Ba. Birbaşa "qırmızı"ya tuş gələn isə "Sabah"dan  Xulio Sesar Rodrigesdir. 

Sadalananların sadəcə, statistika olduğunu unutmayaq! Qalibi yuxarıdakı  göstəricilər müəyyənləşdirmir. Ser Aleks Ferqyusonun təbirincə desək, statistika qısa ətək kimidir. Çox şeyi göstərir, amma hər şeyi yox.

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X