AFFA zəlzələ fəlakəti yaşayan Türkiyəyə dəstək mesajı verib.
Fanat.Az-ın məlumatına görə, qurumun binası qardaş ölkənin bayraqlarına bürünüb.
Fotoları AFFA-nın əməkdaşı Töhrə Əhmədova sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Qeyd edək ki, ötən gün AFFA TFF-nin yardım üçün müraciətində qeyd olunmuş bank hesabına 500 000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti də köçürüb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.