“Turan Tovuz” – “Kəpəz” oyunu üçün bilet satışı davam edir.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, havanın qarlı olmasına baxmayaraq bilet satışına maraq böyükdür.
Bilet satışının pik nöqtəsinin isə oyuna 2, 3 saat qalmış olması gözlənilir. Bu gün də simvolik bilet alaraq qiymətindən qat-qat çox ianə edənlər olub.
Belə ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış, “Turan Tovuz”un keçmiş futbolçusu İlqar Zeynallının adını açıqlanmasını istəməyən bir dostu 1 bilet alaraq 200 AZN ianə edib.
Qeyd edək ki, Tovuz şəhər stadionunda yerləşən meydançalardan biri məhz şəhid İlqar Zeynallının adını daşıyır.