Azərbaycan Premyer Liqasının 22-ci turu lider “Qarabağ”la “Sabah”ın qarşılaşması ilə yadda qaldı. Təəssüflər olsun ki, oyundan sonra yenə də hakimlik müzakirə mövzusuna çevrildi, gözəl futbolun üzərinə kölgə salındı.
“Turan Tovuz” isə yeni sponsoruna qovuşduğu tur vacib qələbə qazandı. Ayxan Abbasovun çalışdırdığı komanda prinsipial görüşdə azarkeşlərini “Kəpəz” üzərində 2:0 hesablı qələbə ilə sevindirdi.
“Qəbələ” – “Neftçi” 0:0
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 78. Elcan Əbilov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Turun açılış oyununun gərgin keçəcəyi gözlənilsə də, “Neftçi”nin Qəbələdə “dişsiz” görünəcəyini proqnozlaşdırmaq çətin idi. Turnir cədvəlinin liderlərinin qarşılaşacağı turda “ağ-qaralar” qələbəyə daha çox can atmalı, liderlərə yaxınlaşmaq üçün əlindən gələni etməliydi. Amma Qəbələdə “Neftçi”nin qələbə istəyi hiss olunmadı. Baxmayaraq ki, “Qəbələ” də 3 xal üçün canfəşanlıq etmirdi. “Neftçi” bu fürsətdən yararlana bilmədi. Qələbə üçün hər iki komandanın motivasiyası yetərincə olsa da, tərəflər ağrımayan başlarına dəsmal bağlamaq istəmədilər. Elə bu istəksizliyin nəticəsidi ki, qarşılaşmada qapılara qol vurulmadı.
Oyundan sonra Laurentsiu Regekampf bütün günahı referilərin üzərinə yıxmağa çalışsa da, onun bu cəhdi azarkeşlərin və mətbuatın diqqətini mətləbdən yayındırmaqdan başqa bir şey deyildi. 45 xallı “Neftçi” turnir cədvəlində üçüncüdür və gedişat “ağ-qaralar”ın bu pillədən yuxarı qalxacağından xəbər vermir. Elə 28 xallı “Qəbələ” də 5-ci sıradakı yerindən məmnun görünür.
“Turan Tovuz” – “Kəpəz” 2:0
Qollar: R.Eva, 45+4. X.Nəcəfov, 48.
Qırmızı vərəqə: O.Sadıqlı, 84.
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
"Kəpəz": 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci.
Baş məşqçi: Tərlan Əhmədov.
“Turan Tovuz” üçün bu tur xüsusi önəm daşıyırdı. Prinsipial rəqib “Kəpəz”lə oyundan öncə Tovuz klubu yeni sponsoruna qoşulurdu. Bu məqam komanda üçün əlavə stimul mənbəyinə çevrilməliydi. Elə gözlənilən kimi də oldu. İlk hissənin sonlarında Eva yerli azarkeşləri ayağa qaldırdı. Fasilədən dərhal sonra isə Xəyal Nəcəfov yerli komandanın üstünlüyüni iki topa çatdırdı. Təsəlli qolu vurmağa ümid edən “Kəpəz”in bu ümidlərini qapıçı Orxan Sadıqlı puç etdi. “Çərçivə” qoruyucusu qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu. Qalan dəqiqələrdə hesabı dəyişdirmək tərəflərin heç birinə nəsib olmadı.
Ardıcıl iki qələbə qazanan “Turan Tovuz” xal ehtiyatını 23-ə çatdırıb və özünü 6-cı pillənin əsl sahibi kimi hiss edir. 14 xallı “Kəpəz” isə turnir cədvəlinin sonuncusudu.
“Qarabağ” – “Sabah” 1:1
Qollar: M.Qurbanlı, 15 - B.Həsənalızadə, 75.
"Qarabağ": 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Musa Qurbanlı “Sabah”la oyunda mövsümdəki 16-cı qolunu vurdu. Gənc hücumçu hazırda Premyer Liqanın ən məhsuldar futbolçusudu. Onun vurduğu qol “Qarabağ”a “Sabah”la vacib oyunda 1 xal qazandırdı. Bu heç-heçə sayəsində “köhlən atlar” əsas rəqibi ilə xal fərqini qorudu və növbəti çempionluq yolunda vacib addım atdı. Təəssüf ki, mərkəzi qarşılaşma hakim səhvi ilə daha çox müzakirə olundu. Elçin Məsiyevin məlum qərarına baxmayaraq, bərabərliyin bu görüş üçün ədalətli nəticə olduğunu deməliyik.
Yoluna məğlubiyyətsiz davam edən “Qarabağ” qazandığı 1 xaldan sonra ehtiyatını 58-ə çatdırdı. Turnir cədvəlinin liderləri arasındakı fərq əvvəlki kimi beşə bərabərdi. “Sabah” 53 xalla ikinci sıradadı.
“Səbail” – “Zirə” 2:0
Qollar: David Qomis, 48. Mirabdulla Abbasov, 78.
"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç.
Baş məşqçi: Şahin Diniyev.
"Zirə": 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 38. Ramiz Səmədov, 70. İssa Cibrila, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Çətin ki, kimsə “Səbail”in “Zirə”ni “quru” hesabla məğlub edə biləcəyini proqnozlaşdırardı. Şahin Diniyevin gəlişindən sonra Bayıl təmsilçisi oyun planında xeyli artırıb və nəticələrini yaxşılaşdırıb. “Kəpəz”i “ASCO Arena”dan xalsız yola salan “dənizçilər” bu dəfə “Zirə”yə eyni aqibəti yaşada bildi. Qomisin baxımlı qolu turun ən yaxşıları sırasında yer almağa layiqdi. Mirabdulla Abbasovun 78-ci dəqiqədə vurduğu qol isə oyunun ümimi axarına uyğun idi.
Sanki “Zirə” də taleyi ilə barışıb, bundan artığını etmək üçün can atmır. Cümə günü keçirilən görüşdə “Qəbələ”nin xal itirməsi “Zirə”ni də rahatlatmışdı. 4-cü pillədəki yerini itirmək qorxusunu yaşamayan qəsəbə təmsilçisi “Neftçi”yə yaxınlaşmaq üçün xüsusi nəsə sərgiləmədi. 32 xallı “Zirə” “Neftçi” ilə “Qəbələ”nin arasında, yəni 4-cü pillədə möhkəmlənib. 9-cu pillədəki “Səbail” isə xallarını “Şamaxı” ilə eynilədirməyi bacardı.
“Sumqayıt” - “Şamaxı” 1:0
Qol: K.Abubakar, 24.
"Sumqayıt": 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
"Şamaxı": 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Bu tur sevinənlər sırasında “Sumqayıt” da var. “Gənclik şəhəri”ni təmsil edən komandanı Abubakar 24-cü dəqiqədə sevindirdi. Qış fasiləsində “Sumqayıt”a qoşulan legionerin qolu oyunda yeganə oldu. Tərəflərin bütün cəhdlərinə baxmayaraq görüşdə başqa qal olmadı və “Sumqayıt” 3 xala sevindi. Qələbə sayəsində “Sumqayıt” bu mövsüm ilk dəfə 7-ci pilləyə yüksəldi. 18 xallı “Sumqayıt” artıq bu pillədən üç rəqibinə yuxarıdan aşağı baxır. 16 xallı “Şamaxı” isə topların daha yaxşı fərqinə görə “Səbail”i qabaqlayır və 8-ci sırada qərarlaşıb.
Amal Abuşov