15:42 13.02.2023 1595

"Kəpəz"də klubdaxili toplantı bitdi: Tərlan Əhmədovun aqibəti necə olacaq?

"Turan Tovuz"la oyundan (0:2) sonra "Kəpəz"də klubdaxili toplantı baş tutub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov, idman direktoru Mehman Abdullayev, akademiyanın kuratoru İlham Səmədov, mühafizə xidmətinin rəisi Elmar Əliyev, əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanov və mətbuat katibi Azad Mustafayev iştirak ediblər.

Toplantı gərgin atmosferdə keçib. Baş məşqçi Tərlan Əhmədov klub daxilində baş verənlərə, həmçinin komandanın məğlubiyyətinə görə günahının olduğunu qismən etiraf edib, rəhbərlikdən üç oyunluq möhlət istəyib. Təcrübəli mütəxəssisin mövqeyi Mərdanovun ürəyincə olmayıb və o, "özünə hörmət edən şəxs çıxıb getməlidir" deyərək, iclası vaxtından əvvəl tərk edib. 

Əhmədovla vidalaşmağın tərəfdarı olan bir qrup azarkeş baş məşqçinin görüş istəyini rədd edib. Bu barədə saytımıza məlumat verən azarkeş Natiq Əsədov həmin tərəfdarların adından bunları bildirib: "Birmənalı olaraq Tərlan Əhmədovun istefasını tələb edirik. Bizə onun kimi məşqçi və insan lazım deyil. Komandaya mükafat qazandırıb avrokuboklara aparsa belə, onu istəmirik. Düzdür, mən onu dəstəkləyənlərdən olmuşam, amma indi istəmirəm. Çünki "maskası yırtılıb". Yerli uşaqlara şans vermir, əksinə, gözümçıxdıya salır. Bərabər səviyyəli rəqiblərin hamısına məğlub olub. "Qərb derbisi" dediyimiz görüşlərdə "Turan Tovuz"a nə qədər uduzmaq olar? "Zirə", "Sumqayıt" kimi komandalarla görüşlərdə üstünlüyünü qoruya bilməyib, "Səbail"ə məğlub olub. Orxan Sadıqlını cəzalandıracağını deyib. Normal məşqçi belə ifadə işlədər: Orxan bundan sonra həmin seyvləri edərmi? Bir sözlə, əksər azarkeşlərin fikri odur ki, Tərlan getməlidir. Bu mövqeyimiz dəyişməyəcək".        

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X