UEFA-nın 2022/2023 mövsümü üçün əmsallar cədvəli yenilənib.
Fanat.Az xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda Belçikanın "Gent" klubu üzərində 1:0 hesablı qələbəsi sayəsində Azərbaycanın ehtiyatı yaxşılaşıb.
Bu nəticə ölkənin aktivinə daha 0,500 əmsal gətirib.
Azərbaycan bu mövsüm "qənimət"ini 4.000-ə, son 5 mövsümdə isə 16.625-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 18,750 xalla Polşa qərarlaşıb.
Əvəzində 30-cu sırada yer alan və təmsilçisi qalmayan Qazaxıstanla fərq 4 əmsala çatdırılıb.
Reytinq sıralamasına 103.284 əmsalla İngiltərə başçılıq edir.
Mirağa