"Zirə" Azərbaycan Premyer Liqasının XXIV turunda "Turan Tovuz"un qonağı olacaq.
Bu gün Bakıda məşqə çıxan komanda sabah Tovuza yola düşəcək.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bakı təmsilçisinin sözçüsü Elmar Abdullazadə bildirib ki, heyətdə cəzalı futbolçu yoxdur. Ancaq Vladislav Kulaç ilə Abbas İbrahim zədəli olduqları üçün matçı buraxmalı olacaqlar.
Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" 24 fevralda keçiriləcək. Matç 14:00-da start götürəcək.
Röya