UEFA-nın 2022/2023 mövsümü üçün əmsallar cədvəli yenilənib.
Fanat.Az xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyununda Belçikanın "Gent" klubuna 0:1 hesabı ilə, daha sonra penalti seriyasında uduzaraq avrokuboklarda çıxışını başa vurub.
Beləliklə, qitə klub turnirlərində təmsilçimiz qalmayıb. Azərbaycanın reytinq mövqeyi və xal ehtiyatı da müəyyənləşib.
Bu mövsüm cəmi 4.000 əmsal toplayan və beləliklə son 5 mövsümdəki "qənimət"ini 16.625-ə çatdırmasına baxmayaraq, Azərbaycan 29-cu pillədə qalıb. 28-ci sırada 18,750 xalla Polşa qərarlaşıb. 30-cu sırada yer alan və təmsilçisi qalmayan Qazaxıstanla (12.625) fərq də dəyişməz qalıb.
"Qarabağ" keçən il olduğu kimi, Konfrans Liqasında pley-offda çıxış etsə də, 2022/2023 ölkə üçün ötən mövsümdən zəif nəticə ilə yadda qaldı. Belə ki, 2021/2022-də əmsal ehtiyatımız 4.375 olmuşdu.
Mirağa