20:06 25.02.2023 428

“Biz elə sonuncu pillədə olmağa layiqik” - Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Amma bu, bəlkə də ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə Premyer Liqanı tərk etsək, demək ki, buna layiqik. Əsəbdən dediyim sözlər deyil. Sadəcə, bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuz da bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan. Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən. Bunlar da yoxdursa… Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir. Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur. Hazırda paltardəyişmə otağında ab-hava heç də yaxşı deyil. Bugünkü oyun göstərdi ki, biz elə ən axırıncı pillədə olmağa layiqik. 

Buraxılan hər iki qolda Aydın Bayramovun səhvi var idi. Bu, qapıçılar üzrə məşqçinin zəif işləməsindən irəli gələn məsələ deyil. Qapıçılar üzrə məşqçinin bura nə dəxli? Komandanın baş məşqçisi var. Bəli, rəqabətsizlik ola bilər. Bir mətbuat konfransında demirəm, ikincində demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi oldu. Bu gün meydanda olan heç bir oyunçunu xüsusi dəyərləndirmək mümkün deyil. Bu oyunçu bir az yaxşı oynadı, demək olmur. O səhvlər olmasaydı, ən azından heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca da, bu cür əziyyət çəkirik. Amma bunun da sonu olacaq. İlnur Vəliyevin növbəti oyunda qapıda duracağını indidən deyə bilmərəm. Növbəti matça hazırlaşanda ümumi ab-havanı görürsən, vəziyyəti dəyərləndirirsən. Bunlar həftəiçi gedən proseslərdən asılıdır. Bu gün mən də çox hirslənmişəm, qapıçıma da həmçinin. Hər komandada problemlər olur. Bu gün üçün bizim də əsas problemimiz qapı xətti ilə bağlıdır. Amma güvənmək borcumuzdur. Nə vaxta kimi çəkəcək, bilmirəm. Aydının tez bir zamanda düzəlməyini, özünə gəlməyini arzulayıram”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X