14:31 28.02.2023 448

“Qarabağ” xal itirdi, “Sabah” uduzdu... - Tura baxış

Azərbaycan Premyer Liqasının 24-cü turu liderlərin xal itkiləri ilə yadda qaldı.

Bu tur “Qarabağ”la “Neftçi”nin qarşılaşması maraqla gözlənilirdi. Məlum məsələ idi ki, tərəflərdən biri, bəlkə də hər ikisi xal itirəcək. Amma “Sabah”ın Şamaxıdan xalsız qayıdacağını proqnozlaşdırmaq çətin idi.

“Turan Tovuz" - "Zirə" 0:2 
Qollar:
Moiz Adileu, 27, Hamidu Keyta, 29

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 96. Donald Gerye, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 17. Toni Qomes
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə” uzun müddət idi ki, qələbəyə həsrət qalmışdı. Bu qələbəsizlik seriyası komandanın mükafat qazanmaq şanslarını azaldır, 4-cü yerə göz dikən rəqiblərin də yaxınlaşmasına şərait yaradırdı. “Qara zolaq”dan çıxmaq Tovuzda mümkün oldu. Rəşad Sadıqovun komandası cəmi iki dəqiqəyə vurduğu qollarla 3 xalı təmin etdi. Yeni sponsorun gəlişi ilə ruh yüksəkliyi yaranan, əlavə motivasiya ilə meydana çıxan “Turan Tovuz”un “Zirə”yə cavab vermək üçün xeyli vaxtı olsa da, meydan sahibləri heç təsəlli qolu da vura bilmədilər.

Bu qələbə sayəsində “Zirə” 4-cü sıradakı yerində bir qədər də möhkəmləndi. Qəsəbə təmsilçinin aktivində indi 35 xal var. Ardıcıl üç qələbədən sonra uduzan “Turan Tovuz” isə 26 xalla 6-cı sırada qərarlaşıb.

"Səbail" - "Qəbələ" 2:2
Qollar:
Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 - Ramon Maçado, 20; 70.

"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 9. Mirabdulla Abbasov, 22. Samir Abdullayev, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 30. Franko Mazurek, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Turun ikinci oyununda tərəflər meydandan “sülh”lə ayrıldılar. Baxmayaraq ki, oyunda hesabı açan tərəf qonaq “Qəbələ” olmuşdu. “ASCO Arena”da keçirilən qarşılaşmada “Səbail”i Maçado 20-ci dəqiqədə məyus etdi. Daha sonra fərqlənmək növbəsi “Səbail”ə çatdı. 51-ci dəqiqədə Mirabdulla hesabı bərabərləşdirdi. Bundan beş dəqiqə sonra isə Lyuyiç komandasını önə keçirdi. Oyunda son sözü Maçado dedi. Onun 70-cı dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirdi. Beləliklə hərəkə iki qol vuran tərəflər 1 xalla kifayətləndilər.
32 xallı “Qəbələ” 5-ci pillədə yer alır və “Zirə”ni təqib edir. “Səbail” isə 17 xalla turnir cədvəlinin sonuncusudur.

“Şamaxı” – “Sabah” 2:1 
Qollar:
Amil Yunanov, 72; 90+4-pen. - Aleksey Kaşuk, 77.

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh
Məşqçi: Vitali Korneyev

Cəzalı Murad Musayevin komandası “Şamaxı”dan əliboş döndü. Bununla da “Sabah”ın qələbəsiz oyunlarının seriyası üçə çatdı. Ötən tur doğma meydanda uduzan “Sabah” eyni aqibəti Şamaxıda da yaşadı. İlk yarısında hesab açılmayan oyunun taleyini Amil Yunanov dəyişdi. Əvəzetmədən meydana çıxan hücumçu qolçuluq bacarığını 72-ci dəqiqədə göstərdi. Beş dəqiqə sonra Kaşuk tablodakı “1”ləri qoşalaşdırdı. Amma “Sabah”ın xal arzusunu Amil Yunanov gözündə qoydu. Hakimin əlavə etdiyi dəqiqələrdə təyin olunan penalti zərbəsini Amil dəqiqliklə yerinə yetirdi.
2:1 hesablı qələbəyə sevinən “Şamaxı” xalını 19-a çatdırdı və səkkizinci pilləyə yüksəldi. 53 xallı “Sabah” isə ikinci pillədə qərarlaşıb.

“Sumqayıt” – “Kəpəz” 1:2
Qollar:
Yusif Nəbiyev, 88-öz qapısına - Ahmed Ayzaya, 6. Martins Junior, 38.

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
"Kəpəz": 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 7. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci. 
Baş məşqçi: Tərlan Əhmədov.

“Kəpəz” Sumqayıt səfərindən qələbəylə döndü. Özü da gəncəlilər bunu yaxşı oyun sərgiləməklə bacardılar. 6 və 38-ci dəqiqədə legionerləri “Kəpəz”i sevindirdi. Xüsusiylə də Martins Juniorun vurduğu qol baxımlı alındı. Hesabdakı üstünlüyün verdiyi rahatlıqla oynayan “Kəpəz” qələbə qolunu sona qədər qoruya bildi. Düzdür, qonaqların əhvalı Yusif Nəbiyevin 88-ci dəqiqədə vurduğu avtoqolla bir qədər korlandı. Amma bu qol “Sumqayıt”a məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı.
20 xallı “Kəpəz” artıq 7-ci pilləyə qədər yüksəlib. Cəmi 18 xalı olan “Sumqayıt” isə yalnız “Səbail”i üstələyir.

“Qarabağ” - “Neftçi” 1:1
Qollar:
H.Haqverdi, 83-öz qapısına - K.Lebon, 33.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 99. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 20. Riçard Almeyda, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

Dumanlı hava şəraitində keçirilən “Azərbaycan derbisi”ndə qalib müəyyənləşmədi. “Qarabağ”ın yorğunluqdan əziyyət çəkdiyi həftədə “Neftçi”nin qələbə qazanmağı hədəfləməsi də gözlənilən idi. Lebonun 33-cü dəqiqədə vurduğu qol “ağ-qaralar”ı bu hədəfə yaxınlaşdırırdı. Amma fasilədən sonra Qurban Qurbanov əsas futbolçularını “döyüşə” atdı və artan təzyiq öz bəhrəsini verdi. Höccət Haqverdi 83-cü dəqiqədə topu öz qapısına göndərdi.

1 xal qazanan “Neftçi” “Sabah”a bir qədər də yaxınlaşdı. “Ağ-qaralar”ı ikinci pillədən indi 4 xal ayırır. “Neftçi”nin 49, “Sabah”ın isə 53 xalı var. “Qarabağ” isə məğlubedilməzdir və 62 xalla turnir cədvəlinə başçılıq edir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X