Azərbaycan Premyer Liqasının 25-ci turunda turnir cədvəlinin son iki pilləsində yer alan komandalar - "Sumqayıt" və "Səbail" qarşılaşacaq.
Fanat.Az-ın məlumatına görə, bakılılar doğma arenadakı oyuna ciddi itkilərlə hazırlaşır.
"Dənizçilər"in baş məşqçisi Şahin Diniyevin saytımıza verdiyi məlumata görə, üç futbolçu "Sumqayıt"la görüşdə iştirak etməyəcək. Yarımmüdafiəçilər Franko Mazurek və Rahid Əmirquliyev zədə səbəbindən meydana çıxmayacaqlar. Daha bir orta sahə oyunçusu isə cəzalıdır. Belə ki, 22 yaşlı Elmir Tağıyev ötən tur aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb. Bu onun mövsümdə aldığı 4-cü "sarı" olub.
Qeyd edək ki, "Səbail" - "Sumqayıt" matçı martın 4-də, saat 16:00-da "ASCO Arena"da keçiriləcək.
Mirağa