"Neftçi"nin aşağı yaş qrupundan ibarət komandalarında məşqçi təyinatı olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qış fasiləsində U-13 komandasından baş məşqçi Rafail Yusifovla onun köməkçisi Alim Qurbanovu göndərən paytaxt klubu vakant posta təyinatlar reallaşdırıb.
Baş məşqçi vəzifəsi U-11-i çalışdıran Mahmud Əhmədova tapşırılıb. Onun tərk etdiyi post isə Emin Mustafayevə həvalə olunub.
“Simurq”un yetirməsi olan, ancaq 17 yaşında karyerasını başa vurub məşqçiliyə başlayan Mahmud Əhmədov “Daşqın”, “Zaqatala”, “Leon” və “Səbail” klublarında çalışıb.
UEFA-nın “C” kateqoriyalı məşqçilik lisenziyasına malik olan mütəxəssisə yeni köməkçi də təyin olunub. Əhmədova "Zirə"nin 12 yaşlılarının baş məşqçisi olan Məhəmməd Haqverdiyev kömək edəcək.
Mirağa