19:23 04.03.2023 372

Diniyev VAR-dan şikayətləndi: “Buna özüm qədər əminəm”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Belə oyundan sonra danışmaq çətindir. Çünki dramatik matç alındı. Oyunun gedişatında çox hadisələr baş verdi ki, bu da komandaya mənfi təsir etdi. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Vacib matç idi. Bizim günümüz deyildi. Qapımıza o qədər penaltilər təyin edilir, oyunçularımıza o qədər qırmızı vərəqələr verilir ki, bu, məni çox narahat edir. Mən də emosional insanam və hislərim var. Bizim heç bir epizodumuza VAR-da baxmırlar. Bu da maraqlı məqamdır. İkinci hissədə oynamağa çalışdıq. Qırmızı vərəqə verildi, müdafiə olunmağa çalışdıq, penalti təyin edildi. Fikrim günahı kiminsə üzərinə atmaq deyil. Bizim özümüz də, ən zəif oyunlarımızdan birini keçirdik. Bu hadisələrə görə toparlana bilmədik.

VAR-da böyük problemlər var. Tək bizdə yox, hər yerdə belədir. Qol epizodları olmayan yerdə, penaltilər verirlər. Qapımıza 4-cü penalti təyin edildi. Oyunçu tullanırsa, əli avtomatik yuxarı qalxır da. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın. Təhlükə olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. VAR yaxşıdır, amma belə yox. Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Bu məni narahat edir. Mən də insanam. İkili standart məni narahat edir. Bu, heç-heçəlik oyun idi. Özümüzdə də günah var ki, yaxşı oynaya bilmədik. Sadəcə, baş verən hadisələr oyunumuza təsir etdi. İkinci yarıda meydana iki hücumçu buraxdıq ki, gücləndirək oyunumuzu. Qırmızı vərəqədən sonra yaratmaq yox, dağıtmaq lazım idi. Üç dəfə əvəzetmə olmuşdu, geriyə yol yox idi. Məsuliyyəti mən daşıyıram. 15 dəqiqə yaxşı futbol oynadıq, sonradan oyunumuz itdi. Qaytarmaq istədik, amma qırmızıdan sonra gec idi. Çalışdıq, bacarmadıq. Cinahda olan hadisəyə görə futbolçuya qırmızı verib, komandanın oyununu sındırmaq nə dərəcədə düzgündür? Mübarizəm VAR-ladır. 2-3 penalti var ki, oyuna müdaxiləsi olmayan epizodlardır. Amma qapımıza qolla nəticələndi. Həyat davam edir. Qarşıda 12 oyun var. Komandanın potensialına bələdəm. Bu pillədən çıxacağıq. Tam arxayınam. Sizinlə 27-ci turda da görüşə bilərik. Dediyim sözün üstündə dururam, komanda son pillədə olmayacaq. Buna özüm qədər əminəm”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X