Futbol üzrə Azərbaycan I Divizionda XX turq yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün üç oyun keçirilib.
"İmişli" "Qaradağ Lökbatan"ı penaltidən vurduğu yeganə qol sayəsində üstələyib. "Qarabağ"ın əvəzediciləri "Səbail-2"-ni evdə, lider "Araz Naxçıvan" isə "Sumqayıt-2"-ni səfərdə 2 top fərqi ilə məğlub edib.
Beləliklə, "Araz Naxçıvan" ən yaxın izləyicisi ilə fərqi 10 xala çatdırıb.
Qeyd edək ki, turun digər oyunları dünən keçirilib, bir görüş ("Şamaxı-2" - "Mİngəçevir") isə təxirə salınıb.
8 mart
“İmişli” – “Qaradağ Lökbatan” 1:0
Qol: Comərd Baxşəliyev, 77-pen.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Orxan İbişov, Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu, 15:00 (canlı/Insports.Tv)
“Qarabağ-2” – “Səbail-2” 2:0
Qollar: Nurlan Şabanov, 73, 77
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 15:00 (canlı/Insports.Tv)
“Sumqayıt-2” – “Araz Naxçıvan” 1:3
Qollar: Alya Ture, 54 - Ege Atlam Adnan, 41, Fəhmin Muradbəyli. 47, Orxan Əliyev, 77
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00