16:52 09.03.2023 641

"Yeni layihələrimiz var, yaxında şahidi olacaqsınız" - PFL-in vitse-prezidenti

Martın 7-də AFFA-nın Hesabat Konfransı, o cümlədən İcraiyyə Komitəsinin (İK) iclası baş tutub. Tədbirdə ölkə futbolu ilə bağlı bir sıra qərarlar qəbul olunub.  Əsas diqqətçəkən yenilik növbəti mövsümdən etibarən divizion və əvəzedicilərin çempionatlarının ayrı-ayrılıqda keçirilməsi haqda qərar olub. Hər iki çempionatın 10 komanda olmaqla təşkil olunması qərara alınıb. 

Bundan başqa, növbəti mövsüm üçün lisenziyalaşdırma meyarlarının yenidən müzakirəsi, o cümlədən Premyer Liqa, divizion və kubok oyunlarının internet üzərindən yayımı, oyunların statistik məlumatlarının əldə olunması kimi məsələlər Peşəkar Futbol Liqasına həvalə edilib.

İK-nın qərarlarının təfərrüatları barədə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Fanat.Az-a açıqlama verib:

"Bildiyiniz kimi, bir müddətdir əvəzedici heyətlərlə birinci divizion komandaları eyni yarışda çıxış edirdilər. Bu, həmin dövrdə yaranmış problemlərlə bağlı idi. O vaxt komanda çatışmazlığı yaranmışdı. Düşünürəm ki, idman prinsipi baxımından, həmin liqaların ayrılması doğru qərar oldu. Əvəzedicilərin yarışı başqadır, daha peşəkar olan divizion başqa. 

Düzdür, divizionda 10 komandanın olmasına qərar verilib. AFFA və PFL birgə müzakirə aparırıq ki, Birinci Divizionun səviyyəsini qaldıraq daha peşəkar liqa təşkil edək. Təbii ki, müəyyən çatışmazlıqlar var. Onların yoluna qoyulmasına çalışacağıq. AFFA və PFL klublara dəstək olacaq. On kluba ümumilikdə 3 milyon manat ayrılıb.   

Hazırda aşağı liqada 6 divizion klubu var. On komanda olması üçün liqaya əlavə iştirakçıların cəlb olunması vacibdir. Divizion üçün tələblər necə olacaq? İlk dəfə divizion üçün lisenziyalaşdırma olacaq. Bunun səbəbi daha peşəkar yarış keçirmək istəyindən irəli gəlir. Klublar minimal tələblərə cavab verməlidir. İnfrastruktur, stadion, idarə heyətində yer alacaq şəxslər, yəni kadr-inzibati məsələlər, o cümlədən aşağı yaş qrupları üzrə komandaların olması və sair tələblər yerinə yetirilməlidir. Təbii ki, bununla bağlı müzakirələrimiz olub, fikirlərimizi AFFA-ya bildirmişik. Müzakirələr tam başa çatdıqdan sonra lisenziyalaşdırma qaydaları haqda sizə ətraflı məlumat verəcəyik".

Futbol Funksioneri Premyer Liqa, divizion və kubok oyunlarının internet üzərindən yayımı barədə İK-nın qərarını belə şərh edib: "Bilirsiniz ki, Misli Premyer Liqasının oyunları ilk dəfə internet üzərindən satıldı. AFFA-nın İcraiyyə Komitəsi bu məsələni PFL-ə həvalə etdi. Ancaq söhbət təkcə "İnsports.TV" ilə əməkdaşlıqdan getmir. Başqa yeni ideyalarımız, layihələrimiz də var. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov bir müddət əvvəl Avstriyanın paytaxtı Vyanada Avropa Liqaları təşkilatının seminarına qatılmışdı. Elxan müəllim həmin görüşdə Avropa Liqaları təşkilatına üzv olan ölkələrin nümayəndələri ilə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadilələri aparıb. Bununla bağlı hələ ətraflı məlumat vermək istəmirik. Danışıqlar müsbət yekunlaşsa, həmin layihələrə şahid olacaqsınız".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X