18:19 10.03.2023 306

Əhmədov od püskürdü: “Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın...”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonta baş tutan mətbuat konfransında bunları söyləyib:

"Maraqlı oyunun şahidi olduq. Üç xal qazanaraq mövqeyimizi yaxşılaşdırmağa çalışdıq. Qol vəziyyətlərimiz çox idi. Komandamız yaxşı mübarizə apardı. Məncə, üç xalı itirdik. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Epizoda dəfələrlə baxdıq, orada penalti yox idi. Artıq neçənci dəfədir ki, haqqımız yeyilir. Ən çox sarı vərəqə bizə göstərilir. Yorulmuşuq. Heç nəyimiz olmadığı halda, nələrsə etməyə çalışırıq. Bu vəziyyətdə 21 xal toplamışıqsa, futbolçulara təşəkkür edirəm.

Bundan əvvəlki matçda Mahir Həsənovu oynatdlq. Digər gəncəli futbolçular da hazır olsalar, oynayarlar. Altı ayda futbolçu hazırlamaq olmur. Naxçıvanda divizion oyununda 4 qol buraxırlarsa, mən onları necə oynadım? Kim güclüdürsə, onu meydana buraxırıq. Eşitdiyimə görə, Mahiri U-21 yığmasına dəvət edəcəklər. 

Biz burada oyundan bir gün əvvəl məşq edirik. Meydançanın üstü bağlanmamalıdır. Bizdə isə bağlayırlar. Torpaq günəş enerjisi almadığınına görə vəziyyət acınacaqlıdır. Mən burada məşq etmirəm. Komanda betonun üstündə məşq edir. Əvəzedici heyətimiz də bizim məşq meydanımızda oyun keçirir. Bəzən olur ki, 2 saatlıq məşqi 45 dəqiqəyə keçirəm.

Vəziyyətimiz çətindir. Komandanın tərcrüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Özünüz mövsümün sonunda görəcəksiz. Artıq normal, söz-söhbətsiz komandada işləmək istıyirəm. Komandanın 2 əsr yaşı var. "Kəpəz"ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın Premyer Liqada qalmasına çalışıram. Mövsümün sonunda istirahət etmək istəyirəm. İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram. Biz də istəyirik ki, şəraitimiz olsun. 20 il əvvəl Mahmud Qurbanov millidə oynayıb. Bu gün Gəncədə futbolçu yetişmir. Bizə dəstək lazımdır. Hamıya dəstək var, "Kəpəz"ə yoxdur”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X