Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVI turunda baş verən qayda pozuntuları müzakirə edilib.
"Zirə" klubu 800 manat məbləğində cərimələnib. Buna "qartallar"ın 4 futbolçusunun "Kəpəz"lə matçda (1:1) sarı vərəqə ilə cazalanması səbəb olub.
Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.
"Turan Tovuz" isə 1600 manat məbləğində ziyana düşüb. Tovuz klubunun azarkeşləri "Qəbələ" ilə heç-heçə (1:1) etdikləri qarşılaşmada meydana yad əşyalar atıblar.