Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi 6 cavabsız qola sevinib.
“Zirə” isə doğma meydanda liderin əsas izləyicisi “Sabah”la qarşılaşıb. Bu görüşdə də qonaqlar inamlı qələbə qazanıblar.
“Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək.
Misli Premyer Liqası
XXVII tur
15 mart
“Sumqayıt” – “Qarabağ” 0:6
Qol: Leandro Andrade, 7; 49. Musa Qurbanlı, 12; 45+3. Abdullah Zubir, 21. Səbuhi Abdullazadə, 88-öz qapısına.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Aliev
Baş məşqçi: Samir Abasov
"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”, 18:00.
“Zirə” – “Sabah” 0:2
Qol: Davit Volkov, 52. Coy Lens Mikels, 62.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 47. Məhəmməd Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.