16:40 30.03.2023 1201

Son dövrə nə vəd edir? - \"Qarabağ\" mayı gözləməyəcək

Milli komandaların seçmə oyunlarına görə yaranan fasilə başa çatır. Diqqətlər yenidən yerli çempionatlara yönələcək. Həftəsonu Azərbaycan Premyer Liqasında da növbəti - 28-ci turun matçları keçiriləcək. Beləliklə, sabah sonuncu - 4-cü dövrə start götürəcək, turun qalan oyunları şənbə və bazar günləri baş tutacaq.     

Həlledici mərhələ ərəfəsində şanslar barədə nə demək olar? 

Əslində, turnir cədvəlinə baxanda medalçıların adı böyük ölçüdə bəllidir. Məsələn, "Qarabağ"ın mövsümü qalib başa vuracağını deməklə Amerika kəşf etmərik. Qurban Qurbanovun komandası ən yaxın izləyicisi "Sabah"ı 9 xal qabaqlayır. Düzdür, 9 tur üçün bu fərqi aradan qaldırmaq praktiki cəhətdən mümkündür. Amma bunun üçün "köhlən atlar"ın dövrə ərzində keçirəcəyi görüşlərin yarısında uduzması gərəkir. Halbuki, son çempion 27 turda məğlubiyyətin nə olduğunu bilməyib. Hətta "Qarabağ"ın mövsümü yenilgisiz başa vurmaq şansı çoxdur. 
Ağdamlılar avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütövlükdə çempionata səfərbər olub və demək olar, daha amansız olub. Düzdür, "Gent"lə cavab oyunundan sonra baş tutan "Neftçi" ilə prinsipial matç 1:1 nəticələndi. Bəllidir ki, avrokuboklardan uzaqlaşdırılması komandaya psixoloji təsir etmiş, əzəli rəqibi ilə qarşılaşmaya psixoloji və fiziki yorğunluq fonunda çıxmışdı. Əvəzində 25, 26 və 27-ci turlar "Qarabağ"ın əsl gücünü bir daha ortaya qoydu. Komanda bu üç oyunda rəqiblərinin - "Qəbələ" (3:1), "Səbail" (3:0) və "Sumqayıt"ın (6:0) qapısından 12 top keçirdi. Sıradakı rəqib, digər komandalardan fərqli olaraq "Qarabağ"a müqavimət göstərə bilməyən "Şamaxı"dır. "Köhlən atlar" çətin ki, "Şamaxı"nın, eləcə də 29-cu turda "Kəpəz"in sürpriz etməsinə imkan versin. Ağdam təmsilçisinin 4-cü dövrədə ilk çətin sınağı 30-cu turda "Sabah"la olacaq. Ümumiyyətlə, Masazırda baş tutacaq həmin matçda çempionluq mübarizəsində intriqaya birdəfəlik son qoyula bilər. Başqa sözlə, "Qarabağ" aprelin 16-da özünü çempion elan edə bilər. Ümumiyyətlə, möcüzə baş verməsə, qızıl medalların sahibi apreldə sahibini tapacaq.

Gümüş və bürünc mükafatları böyük ölçüdə təmin edən "Sabah"la "Neftçi"nin daha yüksək əyarlı medal uğrunda mübarizəsi isə bir qədər çox davam edəcək. "Sabah" "Qəbələ"ni məğlub etsə, "Zirə" - "Neftçi" matçının nəticəsindən asılı olmayaraq mövsümü medalla başa vuracağı dəqiqləşəcək. Belə ki, qələbə nəticədə 4-cü yerlə xal fərqi ən pis halda 25-ə (fərq daha böyük ola bilər) çatacaq və "Zirə"nin (və ya "Qəbələ"nin) qalan 8 oyunda bu fərqi aradan qaldırması mümkünsüz olacaq. 
Həm "Sabah", həm də "Neftçi" "Qarabağ"la duellərinə, həmçinin öz aralarındakı son qarşılaşmaya qədər itkisiz irəliləməyə çalışacaqlar. Qeyd etdiyimiz kimi, Murad Musayevin komandası ağdamlılarla 30-cu turda qarşılaşacaqsa, Laurentsiu Regekampflı "ağ-qaralar" isə əzəli rəqibini 32-ci turda ağırlayacaq. "Neftçi" "Sabah"la 6 xallıq fərqi sona qədər əlçatan səviyyəyə endirə bilsə, tərəflər arasında sonuncu - 36-cı turda baş tutacaq duel həlledici olacaq. Bir sözlə, "bu xamır hələ çox su apara bilər".

Çempionatboyu 4-5-ci yerləri bir-birinə alıb-verən "Zirə" və "Qəbələ"nin mübarizəsi daha gərgin məcrada davam edir. İndiki halda Rəşad Sadıqovun komandası ilk "3-lüy"ün arxasındakı mövqeyini qoruyub saxlamağa və "Neftçi"nin həm çempionatı müküfatçı yerlərdən biri kimi başa vurmasını, həm də kuboku qazanmasını arzulayacaq. Belədə "Neftçi" Konfrans Liqasında kubokun sahibi kimi yarışacaq, 4-cü yeri tutan komandanın da avrokuboklara yolu açılacaq. Əks halda, "qartallar" mövsümü uğursuz başa vuracaq. "Qəbələ"nin isə manevr imkanı genişdir. Elmar Baxşıyevin komandası həm çempionatdan, həm də kubokdan avrokubok şansını saxlayır. Bu mənada tərəflər arasında gələn həftə baş tutacaq duel bir çox suallara aydınlıq gətirəcək. "Zirə"ni 29-cu tur çərçivəsində ağır "Qəbələ" səfəri gözləyir. 

Turnir cədvəlinin "ekvator xəttindən aşağı" - ikinci "5-lik"də məqsəd fərqli olsa da, mübarizə prinsipiallığını qoruyur. Hətta ilk "5-lik"dən fərqli olaraq, "aşağı"da daha tez-tez sürpriz nəticələr, yerdəyişmələr qeydə alınır. Düzdür, "Turan Tovuz" böyük ölçüdə Premyer Liqada yerini qoruyub saxlayacaq. 7-10-cu yerdə qərarlaşan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" isə bir-birinin əlçatan səviyyəsindədir. 7-ci yerdə olan "Kəpəz"i "zirzəmi"dəki "Səbail"dən cəmi 4 xal ayırır. Autsayderlərin şəxsi oyunlarındakı nəticələr elitadan düşəcək 1 komandanın müqəddəratını müəyyənləşdirəcək. Eyni zamanda liderlər nə qədər çox mükafat və vəsiqə vəzifəsinin öhdəsindən tez gəlsə, autsayderlərin onlardan xal almaq ehtimalı da yaranacaq. Bu yerdə onu da xatırladaq ki, sonuncu pillədə qərarlaşan "Səbail" kubokda mübarizəni davam etdirir. Nə qədər nonsens sayılsa da... Hətta ola bilər ki, Bayıl təmsilçisi əlində kubok yayda avrokuboka, payızda birinci diviziona getsin. Deyilənlər doğru olsa, komandanın növbəti mövsümdən Şirvanı təmsil etməsi də bir ayrı özəllikdir...

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
19:50

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

18:49

"Yuventus" Tudorla müqavilə yenilədi - RƏSMİ

18:16

"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başladı

17:41

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

17:23

"Karvan"ın hazırlıq planı bilindi

17:06

"Real Madrid" növbəti transferini rəsmiləşdirdi

16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X