16:40 30.03.2023 1196

Son dövrə nə vəd edir? - \"Qarabağ\" mayı gözləməyəcək

Milli komandaların seçmə oyunlarına görə yaranan fasilə başa çatır. Diqqətlər yenidən yerli çempionatlara yönələcək. Həftəsonu Azərbaycan Premyer Liqasında da növbəti - 28-ci turun matçları keçiriləcək. Beləliklə, sabah sonuncu - 4-cü dövrə start götürəcək, turun qalan oyunları şənbə və bazar günləri baş tutacaq.     

Həlledici mərhələ ərəfəsində şanslar barədə nə demək olar? 

Əslində, turnir cədvəlinə baxanda medalçıların adı böyük ölçüdə bəllidir. Məsələn, "Qarabağ"ın mövsümü qalib başa vuracağını deməklə Amerika kəşf etmərik. Qurban Qurbanovun komandası ən yaxın izləyicisi "Sabah"ı 9 xal qabaqlayır. Düzdür, 9 tur üçün bu fərqi aradan qaldırmaq praktiki cəhətdən mümkündür. Amma bunun üçün "köhlən atlar"ın dövrə ərzində keçirəcəyi görüşlərin yarısında uduzması gərəkir. Halbuki, son çempion 27 turda məğlubiyyətin nə olduğunu bilməyib. Hətta "Qarabağ"ın mövsümü yenilgisiz başa vurmaq şansı çoxdur. 
Ağdamlılar avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütövlükdə çempionata səfərbər olub və demək olar, daha amansız olub. Düzdür, "Gent"lə cavab oyunundan sonra baş tutan "Neftçi" ilə prinsipial matç 1:1 nəticələndi. Bəllidir ki, avrokuboklardan uzaqlaşdırılması komandaya psixoloji təsir etmiş, əzəli rəqibi ilə qarşılaşmaya psixoloji və fiziki yorğunluq fonunda çıxmışdı. Əvəzində 25, 26 və 27-ci turlar "Qarabağ"ın əsl gücünü bir daha ortaya qoydu. Komanda bu üç oyunda rəqiblərinin - "Qəbələ" (3:1), "Səbail" (3:0) və "Sumqayıt"ın (6:0) qapısından 12 top keçirdi. Sıradakı rəqib, digər komandalardan fərqli olaraq "Qarabağ"a müqavimət göstərə bilməyən "Şamaxı"dır. "Köhlən atlar" çətin ki, "Şamaxı"nın, eləcə də 29-cu turda "Kəpəz"in sürpriz etməsinə imkan versin. Ağdam təmsilçisinin 4-cü dövrədə ilk çətin sınağı 30-cu turda "Sabah"la olacaq. Ümumiyyətlə, Masazırda baş tutacaq həmin matçda çempionluq mübarizəsində intriqaya birdəfəlik son qoyula bilər. Başqa sözlə, "Qarabağ" aprelin 16-da özünü çempion elan edə bilər. Ümumiyyətlə, möcüzə baş verməsə, qızıl medalların sahibi apreldə sahibini tapacaq.

Gümüş və bürünc mükafatları böyük ölçüdə təmin edən "Sabah"la "Neftçi"nin daha yüksək əyarlı medal uğrunda mübarizəsi isə bir qədər çox davam edəcək. "Sabah" "Qəbələ"ni məğlub etsə, "Zirə" - "Neftçi" matçının nəticəsindən asılı olmayaraq mövsümü medalla başa vuracağı dəqiqləşəcək. Belə ki, qələbə nəticədə 4-cü yerlə xal fərqi ən pis halda 25-ə (fərq daha böyük ola bilər) çatacaq və "Zirə"nin (və ya "Qəbələ"nin) qalan 8 oyunda bu fərqi aradan qaldırması mümkünsüz olacaq. 
Həm "Sabah", həm də "Neftçi" "Qarabağ"la duellərinə, həmçinin öz aralarındakı son qarşılaşmaya qədər itkisiz irəliləməyə çalışacaqlar. Qeyd etdiyimiz kimi, Murad Musayevin komandası ağdamlılarla 30-cu turda qarşılaşacaqsa, Laurentsiu Regekampflı "ağ-qaralar" isə əzəli rəqibini 32-ci turda ağırlayacaq. "Neftçi" "Sabah"la 6 xallıq fərqi sona qədər əlçatan səviyyəyə endirə bilsə, tərəflər arasında sonuncu - 36-cı turda baş tutacaq duel həlledici olacaq. Bir sözlə, "bu xamır hələ çox su apara bilər".

Çempionatboyu 4-5-ci yerləri bir-birinə alıb-verən "Zirə" və "Qəbələ"nin mübarizəsi daha gərgin məcrada davam edir. İndiki halda Rəşad Sadıqovun komandası ilk "3-lüy"ün arxasındakı mövqeyini qoruyub saxlamağa və "Neftçi"nin həm çempionatı müküfatçı yerlərdən biri kimi başa vurmasını, həm də kuboku qazanmasını arzulayacaq. Belədə "Neftçi" Konfrans Liqasında kubokun sahibi kimi yarışacaq, 4-cü yeri tutan komandanın da avrokuboklara yolu açılacaq. Əks halda, "qartallar" mövsümü uğursuz başa vuracaq. "Qəbələ"nin isə manevr imkanı genişdir. Elmar Baxşıyevin komandası həm çempionatdan, həm də kubokdan avrokubok şansını saxlayır. Bu mənada tərəflər arasında gələn həftə baş tutacaq duel bir çox suallara aydınlıq gətirəcək. "Zirə"ni 29-cu tur çərçivəsində ağır "Qəbələ" səfəri gözləyir. 

Turnir cədvəlinin "ekvator xəttindən aşağı" - ikinci "5-lik"də məqsəd fərqli olsa da, mübarizə prinsipiallığını qoruyur. Hətta ilk "5-lik"dən fərqli olaraq, "aşağı"da daha tez-tez sürpriz nəticələr, yerdəyişmələr qeydə alınır. Düzdür, "Turan Tovuz" böyük ölçüdə Premyer Liqada yerini qoruyub saxlayacaq. 7-10-cu yerdə qərarlaşan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" isə bir-birinin əlçatan səviyyəsindədir. 7-ci yerdə olan "Kəpəz"i "zirzəmi"dəki "Səbail"dən cəmi 4 xal ayırır. Autsayderlərin şəxsi oyunlarındakı nəticələr elitadan düşəcək 1 komandanın müqəddəratını müəyyənləşdirəcək. Eyni zamanda liderlər nə qədər çox mükafat və vəsiqə vəzifəsinin öhdəsindən tez gəlsə, autsayderlərin onlardan xal almaq ehtimalı da yaranacaq. Bu yerdə onu da xatırladaq ki, sonuncu pillədə qərarlaşan "Səbail" kubokda mübarizəni davam etdirir. Nə qədər nonsens sayılsa da... Hətta ola bilər ki, Bayıl təmsilçisi əlində kubok yayda avrokuboka, payızda birinci diviziona getsin. Deyilənlər doğru olsa, komandanın növbəti mövsümdən Şirvanı təmsil etməsi də bir ayrı özəllikdir...

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
22:50

Fernando Torreslə yeni müqavilə bağladılar - RƏSMİ

22:34

DÇ: Azərbaycan millisinin finaldakı rəqibi bəlli oldu

21:58

İtaliya millisinin debütantı İngiltərə yolunda

21:36

Azərbaycan millisini finala aparan qələbə - VİDEO

21:04

Minifutbol: Azərbaycan millisi finalda!

20:40

Niderland millisinin üzvü "Liverpul"da - RƏSMİ

20:19

Millətlər Liqası: Azərbaycan millisi Litvaya uduzdu

19:43

Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşdi

19:16

"Liverpul" 140 milyonluq ulduzun klubuna yeni təklif göndərdi - MƏBLƏĞ

18:49

"İstəmirəm ki..." - Rafinya arzusunu dilə gətirdi

18:15

İnyesta ÇL-in finalından nə gözləyir?

17:55

İPL klubu 21 yaşlı ukraynalı ilə müqavilə yenilədi - RƏSMİ

17:37

"Türam mənim indiki heyətdə ən sevimli oyunçumdur"

17:19

KL-də mövsümün ən yaxşı futbolçusu bilindi

17:01

AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər

16:43

"Real" klublararası dünya çempionatının qalibi olsa, hər futbolçusu bu qədər qazanacaq

16:27

Utziqlə Tiaqo getsələr də... - "Qartallar"ın Avropa macərasına ön söz

16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X