20:42 03.04.2023 259

AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərdə minatəmizləmə fəaliyyətinin icrası ilə paralel olaraq Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə və minadan zərərçəkənlərə qayğı göstərilməsi, onların daima mənəvi ruh yüksəkliyinin təmin olunması istiqamətində aparılan işlərə də böyük əhəmiyyət verir.

Fanat.Az xəbər verir ki, qeyd olunan istiqamətdə fəaliyyətin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə səylərini birləşdirir.

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.

Memorandum qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.
Anlaşma Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıb.

İmzalanma mərasimində çıxış edən AFFA-nın baş katibi Sərxan Hacıyev qeyd edib ki, “AFFA ilə ANAMA arasında Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyət kəsb edən məsələdir. Təəssüf ki, Azərbaycan dünyada mina təhlükəsindən çox ciddi əziyyət çəkən ölkələrdən biridir. Bu səbəbdən, mina partlayışı nəticəsində vətəndaşlarımızın həlak olması və ya ağır yaralanması halları ilə qarşılaşırıq. Düşünürəm ki, AFFA və ANAMA arasında əsasını qoyduğumuz tərəfdaşlıq mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının və turnirlərinin təşkili, sevimli idman növündən zövq almalarına zəmin yaradılması üzərimizə düşən məsuliyyətlərdən biridir”.

Memorandumda qeyd olunur ki, birgə əməkdaşlıq çərçivəsində tərəflər oyunlar və turnirlər təşkil edəcək, eləcə də turnirlərdə mina təhlükəsinə dair maarifləndirici çağırışların geniş şəkildə yayılması və ictimaiyyətə çatdırılması istiqamətində lazımi dəstək verəcək. Habelə, mina təhlükəsinə dair maarifləndirmə və inklüziv futbol turnirlərini (mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunları və turnirləri) dəstəklənməsi məqsədilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, “Ölkəmizin genişmiqyaslı mina problemi ilə üzləşdiyi bir zamanda ANAMA və AFFA arasında imzalanan Anlaşma Memorandumu istər Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə, istərsə də mina və partlamamış hərbi sursatlardan zərərçəkən şəxslərin cəmiyyətə reinteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir. Günümüzdə böyük bir kütlə tərəfindən sevilən və izlənən futbol idman növü üzrə inklüzivliyin dəstəklənməsi, mina hadisələri nəticəsində müxtəlif xəsarətlər alan və ya amputant futbolçuların bu idman növünə cəlb olunması və sosial-ictimai rifahının yaxşılaşdırılması olduqca vacib məsələlərdən biridir”.

Anlaşma Memorandumu imzalandıqdan sonra Bakı Olimpiya Stadionunun ərazisində yerləşən meydançada mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslər arasında futbol oyunu keçirilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X