22:55 08.04.2023 299

“Bu gün bəxt də yanımızda deyildi” - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 29-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm, gözəl atmosfer yaratmışdılar. Bizə dəstək oldular. Oyun haqda nə deyim? Qol vuracağımızı gözlədiyimiz anda, qapımızda qollar görürük. "Neftçi"nin vurduğu ikinci qol nəyi edə bilmədiyimizin bariz nümunəsi idi. Rəqibin futbolçusunun verdiyi ötürmə, ora çatıb qol vurmaqları… Biz bunları edə bilmirik. Topa nəzarət edirdik, epizodlarımız yaranırdı. Amma "Neftçi"nin cərimə meydançasının içində topu rəqibə vurub, geriyə qayıdırıq. Bəzi epizodlarda bəxt də yanımızda deyildi. Danışmaq çətindir. İlk yarıda yaxşı oynadıq. Standart vəziyyətlərdən qorxurduq. Bu il hər standart vəziyyətdən qol buraxmışıq. "Neftçi" hesabı açsa da, özümüzü itirmədik, sona qədər oynadıq. İkinci yarı daha yaxşı oynadıq, ancaq son nöqtələri qoya bilmirik. Elə epizodlar var ki, futbolçuya nəsə deməli deyilsən. Futbolçu özü həmin qərarı verməlidir. "Neftçi"nin futbolçuları bunu bizim oyunçulara göstərdi. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. “Şamaxı” ilə ağır səfər oyunumuz var. Ona hazırlaşacağıq.

“Neftçi"yə qarşı hücum futbolu oynamamaq olmur. Çünki onlar qədər rəqibə epizod verən ikinci komanda yoxdur. "Qarabağ", "Sabah" futbolçuları həmin epizodlardan istifadə edir. Biz girdiyimiz epizodlarda "Neftçi"nin oyunçuları olsaydı, hesab necə olardı, bilmirəm.

Matçdan sonra "Neftçi"nin bütün futbolçuları ilə danışdıq, sadəcə Emin Mahmudovla söhbətimiz uzun çəkdi. Çünki onu çox istəyirəm. Onun haqda yazılan xəbərləri mən də oxuyuram. Eminlə bu haqda danışdıq. Böyük qardaş kimi Eminə bir-iki məsləhət verdim. Danışdıqlarımızı burada deyə bilmərəm”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X