20:51 09.04.2023 386

“Qarabağ”a məğlubiyyət qaçılmaz idi” - Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda (1:3) danışıb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Bu gün çalışırdıq ki, uğurlu çıxışımızı davam etdirək. Rəqibin hansı səviyyədə olduğunu bilirdik. Heç olmasa, 1 xal qazanmağa çalışırdıq. Komandam səhvsiz oynamağa çalışırdı. Penalti olmasaydı, daha fərqli ola bilərdi. Ondan sonra bir neçə xəta müşahidə etdim. “Qarabağ” kimi topa sahib olub hücuma çıxmağa çalışmaları məni sevindirdi. Premyer Liqada qalmaq əsas məqsədimizdir.

Penalti epizodu sınma nöqtəsi idi. Rəqibdən ikinci qolu buraxmaq psixoloji gərginliyə səbəb oldu. Düşünürəm ki, məğlubiyyət qaçılmaz idi. Təmiz penalti epizodu idi. İrad tutulası məqam yox idi. Belə oyunlarda çox diqqətli olmaq lazımdır. “Qarabağ” səhvləri bağışlamır. Çalışırdıq ki, sarı vərəqəsi olan futbolçuları qoruyaq. “Qarabağ” çempionluq yolunda liderdir. Onlar elə bir səviyyədədir ki, istənilən oyunda istənilən formada çıxış edə bilərlər.

Azərbaycan milli komandasında işləmək səhvdir. Onun ağır günlərində biz çalışmışıq. Zaman dəyişib. Mən oraya təyinat alsam, layiqincə çalışacağam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil. Tək “Qarabağ”dan başqa.

Stadion məsələsi ilə bağlı sualı mətbuat xidmətinin rəhbərinə versəniz, yaxşı olar. “Kəpəz” Gəncədə oynasa, daha yaxşı olar. Azərbaycanda “Neftçi”, “Kəpəz”, “Zaqatala” öz sözlərini deməyənə qədər, futboldan danışmaq bir az çətin olar. Bu gün futbol sevgisini geri qaytarmalıyıq. Mən istəmərəm ki, Gəncənin “Kəpəz” komandası başqa meydançada oynasın. Niyə öz stadionumuz olmasın?

Bizim elitada qalmağımız hələ rəsmiləşməyib. Əsas üç oyun var ki, biz onlardan maksimum nəticə ilə ayrılmalıyıq. Mənimlə müqavilənin uzadılması məsələsi hazırda gündəmdə deyil”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X