10:16 10.04.2023 548

“Sabah” arxayınlaşdı, “Neftçi” isə... - Tura baxış

Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunları həm baxımlı, həm də bolqollu alındı. Sözsüz ki, bu məqam azarkeşləri sevindirməyə bilməz.

Ötən tur “Qəbələ”ni məğlub etməklə avrokuboklara vəsiqəni təmin edən “Sabah” bu dəfə “Səbail”i sevindirdi. “Neftçi” isə dayanmaq fikrində deyil. “Ağ-qaralar” Sumqayıtda yerli komandanın qapısına 4 cavabdız qol vurdu.

“Qəbələ” - “Zirə” 2:1
Qollar:
Ramon Maçado, 58. Ruan Renato, 79 - Eldar Quliyev, 69.

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k) 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
"Zirə": 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Həmdui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə”nin Qəbələ səfəri maraqlı gözlənilirdi. Məhz bu iki komanda 4-cü pilləni tutmaq uğrunda mübarizə aparır. Rəşad Sadıqovun komandasına səfərdə uduzmamaq da kifayət edəcəkdi ki, onlar dördüncü pillədəki yerini qorusun. Qonaq komanda məqsədinə çatmağa da yaxın idi. Amma qapıçı Anar Nəzirov komanda yoldaşlarının və azarkeşlərin ümidlərini doğrultmadı. İlk yarısı qolsuz başa çatan oyunda hesab məhz onun “zəhməti” sayəsində açıldı. Ramon Maçadonun elə də qüvvətli olmayan zərbəsini havada tutan qapıçısı çox qəribə bir şəkildə topu qapı xəttindən içəridə yerə yendirdi. Bununla da “Qəbələ” rəqibi qarşısında üstünlük qazandı.

Bu kuryoz qoldan 11 dəqiqə sonra Eldar Quliyev hesabı bərabərləşdird. Amma Renato tablodakı rəqəmləri “qırmızı-qaralar”ın xeyrinə dəyişdirməyi bacardı. “Zirə”nin bu qola cavab verməyə gücü çatmadı. 2:1 hesablı qələbə sayəsində “Qəbələ” “Zirə”ni üstələməyi də bacardı. Əyalət təmsilçisi indi arzuladığı 4-cü sıradadı, onların aktivində 39 xal var. “Qəbələ”nin ən yaxın təqibçisi də elə “Zirə”dir. 5-ci sıranı “bronlaşdırmaq” üçün zirəlilərə 38 xal da kifayət edir.

“Səbail” – “Sabah” 2:1
Qollar:
David Qomis, 29. Qoba Zakpa, 90+5 - Emmanuel Apeh, 75-pen.
Qırmızı vərəqə: Con İrasabal, 59.

"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Qəribədir ki, “Sabah”ın bu mövsüm “Səbail”lə oyunları çətin keçir. Ölkə kubokunda “Sabah” məhz “Səbail”ə uduzaraq mübarizəni dayandırmışdı. Bu mövsümün ilk turunda da “Sabah” doğma meydanda “Səbail”i məğlub edə bilməmiş, oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Mahmud Qurbanovun bu uğurlarını Şahin Diniyev də davam etdirdi və “Səbail” çox vacib bir məqamda “Sabah”ı məğlub etməyi bacardı. David Qomis qarşılaşmanın 29-cu dəqiqəsində hesabı açmaqla “dənizçiləri” önə keçirdi. Bu hesab uzun  müddət dəyişməz qaldı. Con İrasabalın meydandan qovulmasıyla “Sabah”ın vəziyyəti daha da pisləşdi.
Meydanda azlıqda qalan “Sabah” özündə güc tapıb hesabı bərabərləşdidi. Cavab qolunu Apeh 75-ci dəqiqədə penaltidən vurdu. Hər şey qollu bərabərliyə doğru gedərkən “səhnəyə” Zakpa çıxdı və komandasına vacib qələbə gətirən qola imza atdı. Bu qələbə sayəsində xalını 21-ə yüksəldən “Səbail” bir günlük də olsa, sonuncu pilləni “Şamaxı”ya təhvil verdi. 65 xalda qalan “Sabah” isə özünü ikinci sırada yaxşı hiss edir.

“Sumqayıt” – “Neftçi” 0:4
Qollar:
Voyislav Stankoviç, 7. Sezar Meza Kolli, 64. İsmayıl Zülfüqarlı, 83. Kilan Lebon, 85.

"Sumqayıt": 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

“Sabah”ın məğlub olması “Neftçi”nin ikinci pilləyə olan həvəsini artırmışdı. Elə buna görə də “ağ-qaralar” Sumqayıt səfərində xeyli istəkli görünür, qələbə həvəsiylə alışıb-yanırdılar. Bu həvəsin də nəticəsi 4 qollu qələbə oldu.
Stankoviç “Zirə”ylə oyunda olduğu kimi özünü müdafiəçilərə unutdurub fərqlənməyi bacardı. Birinci hissə “Neftçi”nin minimal üstünlüyü ilə başa çatdı. Fasilədən sonra “Neftçi” “Sumqayıt”ı daha üç dəfə meydanın mərkəzinə dəvət etdi. Meza Kolli 64-cü dəqiqədə komandasının üstünlüyünü artırdı. “Neftçi”nin növbəti qolunu İsmayıl Zülfüqarlı vurdu. Lebon 85-ci dəqiqədə yekun hesabı müəyyənləşdirdi.

Doğma meydanda böyük hesabla uduzan “Sumqayıt” öz vəziyyətini bir qədər pisləşdirdi. Samir Abasovun komandasını indi sonuncu pillənin sahiblərindən cəmi 3 xal ayırır. “Gənclik şəhəri”ni təmsil edən komandanın aktivində 24 xal var. “Neftçi” isə 60 xalla azı üçüncü pilləni və avrokuboklara vəsiqəni özü üçün təmin edib. “Ağ-qaralar” “Sabah”a çatmaq şansını da saxlayır.

“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar:
R.Eva, 2 - F.Bayramov, 9.

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
"Şamaxı": 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.

“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı məğlub edə bilmədi. Bu isə yerli azarkeşlərin “səbr kasası”nı daşırdı və onlar Ayxan Abbasovu istefaya səslədirlər. Qeyd edək ki, 23-cü turda “Sabah”ı məğlub edən “Turan Tovuz” o zamandan bəri qələbəyə həsrət qalıb. Sözsüz ki, tələbkar tovuzlu azarkeşlər bu nəticədən razı qala bilməz.
Tovuzdakı qarşılaşmanın  ilk 9 dəqiqəsində tərəflər hərəyə bir dəfə fərqlənə bilmişdilər. Runi Eva artıq 2-ci dəqiqədə “Turan Tovuz”u hesabda önə çıxarmış, Fuad Bayramov baxımlı qolla ona cavab vermişdi. Bundan sonra tərəflərin çoxsaylı cəhdləri nəticəsiz qaldı və qapılara qol vurmaq mümkün olmadı. Hazırkı şəraitdə tərəflərin heç birinə bərabərlik sərfəli görünməsə də, uduzmamağın özü də bir məharətdir.

Son 6 oyunda qələbə üzünü həsrət qalan “Turan Tovuz” topladığı 29 xal sayəsində 6-cı sırada yeləşib, komandanın burdan yuxarı qalxacağı elə də inandırıcı görünmür. “Şamaxı” isə xalını 21-ə yüksəltməklə sonuncu pilləni yenidən “Səbail”ə təhvil verdi. Düzdü, bu iki komandanın xalı eynidir. Amma “Şamaxı”da vurulan və buraxılan topların fərqi daha yaxşıdır.

“Qarabağ” – “Kəpəz” 3:1
Qollar:
A.Zubir, 5. R.Almeyda, 58-pen. L.Andrade, 67 - Y.Xvalko, 29.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
"Kəpəz": 68. Orxan Sadıqlı (k), 80. Tural Rzayev, 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse, 9. Mate Kvirkviya. 
Baş məşqçi: Tərlan Əhmədov.

“Kəpəz” “Qarabağ”a məğlub olsa da, azarkeşlərin alqışını qazandı. Gəncə təmsilçisi Zubirin erkən qoluyla hesabda geri düşsə də, özündə güc taparaq cavab qolu vura bildi. Komandalar fasiləyə də 1:1 hesablı bərabərliklə yollandılar. Fasilədən sonra da “Kəpəz” güclü rəqibinə yaxşı müqavimət göstərirdi. Amma səviyyə fərqi yekunda özünü göstərdi. Almeyda 58-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini qola çevirdi. Anderade isə oyunda son nöqtəni qoydu və “Qarabağ” 3:1 hesablı qələbəylə çempionluğa bir qədər də yaxınlaşdı.
Lider “Qarabağ”ın aktivində 77 xal var. “Kəpəz” isə 25 xalla 7-ci pilləni tutur.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X