Mövsümün sonunda "Kəpəz"i tərk edəcək daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Ahmed Ayzayadır.
Karyerasını həm digər Azərbaycan təmsilçilərindən birində, həm də ölkəmizdən kənarda davam etdirmək üçün real təkliflər alan nigeriyalı yarımmüdafiəçi Gəncə klubu ilə vidalaşmaqda qərarlıdır.
Bir müddət əvvəl Abdullahi Şuaybunun da yayda "Kəpəz"dən getməyi planlaşdırdığı məlum olub.
Daha öncə "Zirə" forması geyinən 27 yaşlı Ayzaya "Kəpəz"in heyətində 25 çempionat oyununa çıxaraq 4 qol vurub.
Nihat