"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev komandasının son turlardakı çıxışı dəyələndirib.
Fanat.Az-a danışan 30 yaşlı müdafiəçi son 6 turda qələbə qazana bilməməklərini belə şərh edib:
"Son oyunlarda qələbə qazana bilməsək də, məğlub olmamağa çalışırıq. Hər xal bizim komanda üçün qızıla bərabərdir. Yeni sponsor gəldikdən sonra hər şeyin birdən-birə dəyişəcəyini düşünmük doğru deyil. Sponsor gəldi, komanda çempionluğa oynayacaq demək düzdün deyil. Reallığı demək lazımdır. Dəşhətli dərəcədə eniş yaşandığını düşünmürəm. Rəqiblər bizi analiz edirlər. Güclü, zəif tərəflərimizi bilməyə çalışırlar. Yenə deyirəm, qazanılan hər bir xal bizim üçün qızıla bərabərdir. Çalışacağıq ki, çempionatın sonuna qədər daha çox xal qazanaq".
Şəhriyar Əliyev növbəti tur "Qərb derbisi"ndə qarşılaşacaqları "Kəpəz"lə matç haqda da danışıb:
"Komandada hər şey qaydasındadır. Qarşıdakı oyunlara hazırlaşırıq. Bizi "Kəpəz"lə ağır matç gözləyir. Hazırlıqlarımız başlayıb. Rəqibi analiz edirik. İnşallah, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib səfərdən yaxşı nəticə ilə geri qayıtmağa çalışacağıq".
Qeyd edək ki, XXX tur çərçivəsində keçiriləcək "Kəpəz" - "Turan Tovuz" matçı 15 aprel tarixində keçiriləcək. Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma 16:00-da start götürəcək.
Röya