"Ximki"nin azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev formasını geyindiyi komandanın vəziyyətinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "Çempionat"a açıqlamasında belə danışıb:
"Əlbəttə, hazırda "Ximki"nin hansı durumda olduğu barədə düşünərkən özümü pis hiss edirəm. Bizdə alınmadığını düşünmək çox xoşagəlməz haldır. Ən üzücü olan budur ki, mən yaxşı oynamağı bacardığımızı bilirəm. Bacarmasaydıq, vəziyyətlə barışardım. Amma bacarırıq axı... Komandanın nə vaxt çökdüyünü söyləməyə çətinlik çəkirəm. Sergey Yuranla yaxşı başlamışdıq. Sonradan psixoloji xəndəyə düşdük".
Qeyd edək ki, 22 oyuna 13 xal toplayan "Ximki" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində sondan əvvəlki - 15-ci yerdədir.
Nihat