18:26 19.04.2023 1037

Diniyevsayağı romantika 

Cari "futbol ili"nə Azərbaycan reallığı fonunda böyük büdcə ilə başlayan "Səbail"in mövsümün sonuna yaxın bu vəziyyətdə olacağı heç şeytanın da ağlına gəlməzdi. Sözügedən komandanın Azərbaycan Premyer Liqasına rəng qatacağını güman edənlər bir yana, mövsüm ərəfəsində Bakıda yad görünən bakılıların Konfrans Liqasında fırtına qoparacağından da dəm vuranlar az deyildi. 

Əlbəttə, müasir futbolda pul çox şey deməkdir. Ancaq mövcud büdcənin düzgün istiqamətdə xərclənməsi üçün hər şeydən öncə səriştəli idarəçilər olmalı, bacarıqsızlar bacarmadığı işin qulpundan yapışmağı özünə rəva görməməlidir. Şübhəsiz, "Səbail"in baş məşqçi postuna gətirdiyi Mahmud Qurbanov ona yardımçı ola biləcək fiqurlar baxımından yanlış addımlar atdığı üçün planlarını həyata keçirə bilmədi. Başqa sözlə, ən vacib məsələdə yanıldı və fiasko qaçılmaz oldu. Bu o demək deyil ki, millinin sabiq yarımmüdafiəçisi, ölkə futbolunun ən tanınmış veteranlarından sayılan Qurbanovun elita komandasını çalışdıracaq potensialı yoxdur. Əminəm ki, özü harada xətaya yol verdiyinin fərqindədir və növbəti dəfə belə şans qazansa, başına gələnlərdən nəticə çıxaracaq. 

Əlqərəz, bu gün daha Mahmud bəy postunda deyil, onu Şahin Diniyev əvəzləyib. "Dənizçilər" isə Xəzərin düz ortasında dor ağacı sınmış gəminin ekipajı kimi hələ də müəmmalar girdabındadır. Bir qədər də obrazlı yanaşsaq, komanda xəzri hayqıranda cənuba sürüklənir, gilavar əsəndə şimala. Diniyev özünün də etiraf etdiyi kimi, komandanı psixoloji gərginlikdən xilas edə bilməyib. Nə sabitlik var, nə də "bacaracaqlar" deməyə tutarlı bir əsas. Yeni oyun modellərini sınaqdan keçirmək üçün çox gecdirsə, indiki ilə hədəfə çatmaq da müşkül məsələdir. Hərçənd Şahin bəyin komandanın "sükanı arxası"na ötən ay yox, qış fasiləsi ərəfəsində gətirildiyi də faktdır. 

Azərbaycan Kubokunun yarımfinalının ilk oyununda "Qəbələ"yə 2:3 uduzan Diniyevli "Səbail" çempionatda bu mütəxəssisin rəhbərliyi altında çıxdığı 12 oyunda 3 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət görüb. Yəni Bakı təmsilçisinin turnir cədvəlində sonuncu pillədə mövqe tutması büdcəsindən başqa hər şeylə düz mütənasibdir. Bəs hər yenilginin ardından baş məqşçinin mətbuat konfranslarında dedikləri nədir? "Səbail" elitadan düşsə, 300 nəfər işsiz qalacaq", "psixoloji gərginlikdən qurtulmaq yönündə futbolçularla danışırıq", "siz jurnalistlərlə danışanda özümü müəyyən qədər rahatlıq tapıram" və buna bənzər başqa duyğusal açıqlamalar. Əlbəttə, sözügedən çalışdırıcının 300 nəfərin işsiz qalacağına təəssüflənməsində təəssübkeşlik qoxusu var. Elə çox üzgün mimika ilə media mənsublarına etdiyi etiraflar da yetərincə romantikdir. Fəqət hansı prizmadan baxsaq, Şahin bəy hələ "Səbail"in ən romantik damarını tuta bilməyib. Daha doğrusu, nəticələrə əsasən, hərdən tutmağa yaxın olur, amma tez buraxır. Bacaracaqmı? Bunu zaman göstərəcək. İndilik hər şey klassik "Yeşilcam" filmlərindəki kimi ağlamalı sonluğa aparır.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2025
01:04

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"i böyük hesabla yendi

15 İyun 2025
23:45

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

Facebookdan bizi izləməyi unutmayın.
X