Elitada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt"ın bu yay heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "Səbail"in müdafiəçisi Turan Manafovdur.
Bakı təmsilçisi ilə olan müqaviləsinin müddəti bu yay başa çatacaq Manafovun özü də "kimyaçılar"ın sıralarına qoşulmağın əleyhinə deyil.
Qeyd edək ki, 24 yaşlı Turanla Türkiyənin "Hatayspor" klubu da maraqlanır.
Nihat