"Qəbələ" legionerlərindən birinin növbəti mövsümə harada başlayacağı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Omar Hanidir.
Müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Omarla yeni anlaşma imzalanmasına qərar verilib. İordaniyalı oyunçu rəsmi anlaşmaya qol çəkməsə də, artıq tərəflər arasında şifahi razılıq əldə edilib.
Qeyd edək ki, Hani 2021-ci ildən "Qəbələ"nin uğurları üçün çalışır.
Nihat