Premyer Liqanın 32-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşan “Səbail”də Elmir Tağıyev erkən əvəzlənib.
Fanat.az xəbər verir ki, komandasının ilk hissəni zəif keçirməsi baş məşqçi Şahin Diniyevi erkən əvəzləməyə əl atmağa vadar edib.
Bu üzdən də o, Elmir Tağıyevi erkən əvəz etməyə qərar verib. Lakin baş məşqçinin bu qərarı futbolçunun ürəyincə olmayıb. O, meydanı tərk edərkən Diniyevin əlini sıxmadan ehtiyat oyunçular skamyasına gedib.
Xatırladaq ki, “Səbail” hazırda 0:2 hesabıyla məğlub durumdadır.