Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları 4 gün ərzində davam etdi. Aprelin 29-da start götürən tur mayın 2-də başa çatdı.
Maraqlıdır ki, bu tur elita təmsilçiləri güzəştsiz mübarizə apardılar, qarşılaşmaların heç birində bərabərlik qeydə alınmadı. “Qarabağ”ın “Neftçi”ni səfərdə məğlub etməsi bir çox suallara aydınlıq gətirdi. “Turan Tovuz” isə uzun fasilədən sonra qələbə qazanmaqla azarkeşlərinin könlünü almağı bacardı.
“Kəpəz” – “Sumqayıt” 0:1
Qol: Vüsal İsgəndərli, 64.
"Kəpəz": 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 10. Salif Sisse 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Tərlan Əhmədov
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov
Bu tur “Sumqayıt”ın da qələbə həsrəti də sona çatdı. Samir Abasovun komandası Qəbələdə “Kəpəz”i minimal hesabla məğlub etməyi bacardı. “Kəpəz” Gəncə şəhər stadionunun ot örtüyünün yararsız olması səbəbindən rəqibini doğma meydanda yox, Qəbələdə qəbul edirdi. Gəncəlilər sonuncu pillədən bir qədər uzaqlaşmağı bacardıqlarına görə qələbə “Sumqayıt” üçün daha vacib idi. Sonda elə sevinən tərəf də onlar oldu.
Düzdü, Vüsal İsgəndərovun 64-cü dəqiqədə vurduğu yeganə qolda oyundan kənar vəziyyət şübhəsi var idi. Amma görüşün baş hakimi Tural Qurbanov VAR otağı ilə də məsləhətləşəndən sonra qolu qeydə aldı. Qolun müəllifi isə gəncəli azarkeşlərlə münaqişə yaşadı, oyunun gedişindən tərəflər bir-birlərinə öz qəzəblərini nümayiş etməkdən çəkinmədilər.
Xalını 28-ə yüksəldən “Sumqayıt” 8-ci pillədəki yerini bir qədər möhkəmləndirdi və bir qədər də rahat nəfəs aldı. 29 xallı “Kəpəz” isə 7-ci sıradadır və onlar da elitanı tərk etmək qorxusu yaşamırlar.
“Sabah” – “Şamaxı” 1:0
Qol: Aleksey Kaşuk, 7.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
"Şamaxı": 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Sonuncu pilləyə düşmək qorxusu yaşayan “Şamaxı” bu tur “Sabah”a məğlub oldu. Turnir cədvəlinin liderlərindən biri autsayderi çətinliklə üstələməyi bacardı. Yekun nəticəni müəyyənləşdirən qola Aleksey Kaşuk 7-ci dəqiqədə imza atdı. Bu yerdə onu da xatırladaq ki, ikinci turda “Sabah”dan xal qoparmağı bacaran “Şamaxı” üçüncü tur çərçivəsində doğma meydanda keçirilən oyunda rəqibini məğlub etmişdi. Bu mənada əminliklə demək olar ki, əyalət təmsilçisi masazırlılar üçün heç də asan rəqib deyil. Baxmayaraq ki, komandalar mövsüm boyu turnir cədvəlinin əks qütblərində yer alıblar.
Xalsız qalan “Şamaxı” çətinliklə də olsa, elitadakı yerini qorumağa çalışır. Döyüşkən kollektiv 23 xalla 9-cu pillədədir. 74 xallı “Sabah” isə “Qarabağ”ın təqibçisi rolunu oynamaqda davam edir.
“Qəbələ” – “Səbail” 4:2
Qol: Ramon Maçado, 21; 90+4. Petro Stasyuk, 37-öz qapısına. Əyyub Allaş, 49 - Ruslan Hacıyev, 69. Mirabdulla Abbasov, 84.
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
Ölkə kubokunun yarımfinalında qarşılaşan rəqiblər qısa müddət ərzində üçüncü dəfə üz-üzə gəldilər. Kubok qarşılaşmalarında “Qəbələ” rəqibinə heç bir şans verməmişdi. Elə bu dəfəki oyunda da elə oldu. “Qəbələ” rəqibini Bakıya əliboş yola saldı. Bayıl təmsilçisinin yeganə təmsilçisi iki dəfə fərqlənməsi oldu.
21-ci dəqiqədə Maçadonun qoluyla hesabı açan meydan sahibləri fasiliyə qədər Stasyukun avtoqolu ilə üstünlüyünü artırdı. Ondan sonra çətin ki, “qırmızı-qaralar” qələbəni əldən verəydi. Yekunda da o cür oldu. 4:2 hesablı qələbə sayəsində xalını 48-ə yüksəldən “Qəbələ” 4-cü pillədəki yerini bir qədər də möhkəmləndirməyi bacardı. Cəmi 22 xalı olan “Səbail” hələ də sonuncu yerdən qurtula bilmir.
“Zirə” – “Turan Tovuz” 1:3
Qol: Loris Broqno, 86 - Şəhriyar Əliyev, 3. Natan Oduva, 57. Roderik Miller, 60.
"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
"Turan Tovuz": 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
“Zirə” doğma meydanda əsl şok yaşadı. 9 oyundur qələbə qazana bilməyən “Turan Tovuz” bu uğursuzluğa məhz “Zirə” ilə oyunda son qoydu. Özü də səfərdə üç dəfə rəqibinin qapısına yol tapmaqla. Artıq 3-cü dəqiqədə meydan sahibləri qapılarında qol gördü. Oduva görüşdə hesabı açdı. FİFA referisi Rauf Cabbarovun yaxşı idarə etmədiyi oyunda bir çox mübahisəli epizodlar yaşandı. Bununla belə “Turan Tovuz”un qələbəsinin ədalətli olmadığını demək mümkün deyil. 60-cı dəqiqədə hesabı 3:0-a çatdıran qonaqlar layiqli qələbə qazandılar. “Zirə”nin gücü 86-cı dəqiqədə təsəlli qolu vurmağa ancaq gücü çatdı.
“Zirə” 42 xal toplayıb və 5-ci pillənin sahibidir. “Turan Tovuz” isə qələbə həsrətinə son qoymaqla xalını 32-ə çatdırdı, 6-cı pillədəki yerini bir qədər möhkəmləndirdi.
“Neftçi” – “Qarabağ” 2:4
Qol: M.Saldanya, 40. E.Mahmudov, 64-pen - R.Şeydayev, 10. L.Andrade, 16. M.Saldanya, 54-öz qapısına. A.Zubir, 80.
Qırmızı vərəqə: V.Stankoviç, 31.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
“Qarabağ” “Neftçi”dən üstün olduğunu bir daha sübut etdi. “Köhlən atlar” “Neftçi”ni səfərdə 4:2 hesabıyla məğlub etməklə çempionluğa layiq olduqlarına şübhə yeri qoymadılar. Bu məğlubiyyətdən sonra “ağ-qaralar” bütün diqqətini kubokun finalına yönəldəcək. Çünki qalan dörd tur ərzində “Neftçi”nin “Sabah”ı haqlayıb, gümüş medallara yiyələnməsi heç riyazi baxımdan da mümkün deyil. “Qarabağ”ın da birinci pilləni əldən verməsi bundan sonra mümkünsüz kimi bir şeydir.
“Bakcell Arena”da keçirilən qarşılaşmanın ilk dəqiqələrindən “Qarabağ” rəqibindən üstün görünür, görüşü qələbə ilə başa vuracağına əminlik yaradırdı. Elə gözlənilən kimi də oldu. Artıq 16-cı dəqiqədə tablodakı hesab “Qarabağ”ın iki top fərqi ilə öndə olmasını göstərirdi. Fasiləyə qədər meydan sahibləri Saldanyanın qoluyla bu fərqi minimuma endirdi. Amma azlıqda qalan “Neftçi”nin bundan artığına gücü çatmadı. Üstəlik, “Qarabağ” ikinci hissədə daha iki dəfə meydan sahiblərini məyus etdi. Belədə kapitan Emin Mahmudovun penaltidən vurduğu qol da heç nəyə yaramadı.
4:2 hesablı qələbəyə sevinən “Qarabağ” xalını 81-ə yüksəltdi və turnir cədvəlinə inamla başçılıq edir. 61 xallı “Neftçi” isə bürünc medalları özü üçün təmin edib.
Amal Abuşov