Azərbaycan Premyer Liqasının 33-cü turu bir çox sürpriz nəticələrlə yadda qaldı.
“Qarabağ” “Qəbələ”nin qapısına üç cavabsız top vurmaqla çempionluğa doğru ciddi addım atmış oldu. “Neftçi” isə Tovuzda darmadağına uğradı. Ayxan Abbasovun komandası ölkənin ən qocaman komandasının qapısına 4 cavabsız top vurdu. Bu yerdə onu da qeyd edək ki, “sülh”ün qeydə alınmadığı turda bütün oyunlar bolqollu keçdi.
“Kəpəz” – “Sabah” 0:3
Qollar: Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 16, Davit Volkov, 83.
"Kəpəz": 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
"Sabah": 94. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Məşqçi: Artur Olenin
Rəqibini Qəbələdə qəbul edən “Kəpəz” növbəti məğlubiyyətə üzüldü. Düzdür, komandalar arasında səviyyə fərqi də yekun hesabda öz əksini tapdı. Amma çətin ki, “Kəpəz” Gəncədə “Sabah”a belə asanlıqla təslim olardı. Kaşukla Apeh ilk hissədə hərəyə bir qol vurmaqla “Kəpəz”in xala olan ümidlərini dəfn etmişdilər. Volkovun oyunun sonlarında vurduğu qol isə ağır məğlubiyyəti qaçılmaz etdi.
77 xallı “Sabah” ikinci pillədə “Qarabağ”ın təqibçisi rolunu oynamaqda davam edir. 29 xalda qalan “Kəpəz” isə 7-ci sıradadır.
“Şamaxı” – “Zirə” 0:3
Qollar: Vladislav Kulaç, 35, Hamidu Keyta, 57. Rüstəm Əhmədzadə, 82.
“Şamaxı”: 1. Rəşad Əzizli 10. Elvin Məmmədov (k) 9. Amil Yunanov 15. Emin Zamanov 16. Fuad Bayramov 5. Rəhman Daşdəmirov 2. Rauf Hüseynli 11. Kamran Quliyev 22. Elçin Mustafayev 18. Cəlal Hüseynov 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 12. Əkpər Vəliyev 8. Kamal Mirzəyev 27. İbrahim Aslanlı 90. Əli Səmədov 70. Bahadur Həziyev 4. Arsen Ağcabəyov 83. Nihad Quliyev 21. Qurban Səfərov 97. Tapdıq Əhmədov 23. Rövşən Şahmuradov 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Zirə”: 41. Anar Nəzirov 91. Coşqun Diniyev 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 9. Loris Broqno 19. Vladislav Kulaç 14. Hamidu Keyta 5. Moiz Adileu 70. İssa Cibrila 26. Nemanya Andelkoviç 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 22. Nail Alışov 15. Ruslan Abışov 77. Mirsayib Abbasov 18. Slavik Alxasov 2. Sertan Taşkın 21. Hacıağa Hacılı 11. Rüstəm Əhmədzadə 23. Andriya Lukoviç 44. Dmitrios Çantakias 28. Abbas İbrahim 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Zirə”nin “qara zolaq”dan çıxması üçün “Şamaxı” münasib rəqib idi. Amma elitada qalmaq uğrunda mübarizə aparan əyalət təmsilçisinin doğma meydanda böyük hesabla uduzması gözlənilməz oldu. Ötən tur “Turan Tovuz” qarşısında ağır məğlubiyyət alan zirəlilər bu yenilginin acısını Şamaxıda unutdurdu. “Qol pərdəsi”ni 35-ci dəqiqədə Kulaç açdı. Qonaqlar elə bu qolun sayəsində fasiləyə üstün yollandılar. Fasilədən sonra da hesabın verdiyi üstünlükdən yaxşı yararlanan qonaqlar daha iki dəfə fərqlənməyi bacardılar.
“Qəbələ”nin uduzduğu turda bu qələbə “Zirə”nin işinə çox yaradı. Rəşad Sadıqovun çalışdırdığı komandanı indi 3-cü pillədən cəmi üç xal ayırır. “Zirə” xalını 45-ə çatdırmağı bacardı. “Şamaxı” isə sonuncu sıraya “yuvarlandı”. Yerli futbolçularla elitada qalmağa çalışan əyalət təmsilçinin aktivində cəmi 23 xal var.
“Turan Tovuz” – “Neftçi” 4:0
Qollar: Runi Eva, 16, 43, 61. Roderik Miller, 21.
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 44. Elçin Qasımov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
"Neftçi": 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. . Vato Arveladze.
Baş məşqçi: Laurentsiu Regekampf.
Heç bir mübaliğəyə yol vermədən demək olar ki, “Neftçi”ni Tovuza gəlməyinə peşman etdilər. Heç ən pessimist “Neftçi” azarkeşi belə düşünə bilməzdi ki, onların sevimli komandası səfərdən 0:4 hesablı yenilgiylə dönəcəklər. Belə ağır məğlubiyyətə hansısa izahlar vermək, hansısa səbəblər axtarmaq da yersizdir. Görünür, ölkə kubokunun yarımfinalında son dəqiqələrdə “Neftçi”yə uduzan Tovuz təmsilçisi rəqibindən qisas almaq fikrinə düşübmüş. Böyük hesablı qələbəyə başqa cür izah vermək də çətindir.
Bu qarşılaşmanı Runi Evanın aktivinə yazmaq da mümkündür. “Turan Tovuz”un hücumçusu “Neftçi”ylə oyunda het-trikə imza atdı. Kamerunlu artıq ilk yarıda iki qol vurmağı bacarmışdı. Onun ilk qolundan 5 dəqiqə sonra Miller meydan sahiblərinin ikinci qolunu vurdu. Runi 43-cü dəqiqədə hesabı darmadağın həddinə çatdırdı. Eva özünün və komandasının sonuncu qolunu 61-ci dəqiqədə Aqil Məmmədovun qoruduğu qapıdan keçirdi.
35 xallı “Turan Tovuz” həm 6-cı pillədə möhkəmləndi, həm də elitadakı yerini qoruyacağını təmin etdi. 61 xal toplayan “Neftçi” isə 3-cü pilləyə mövsümün sonunadək “lövbər salıb”.
“Sumqayıt” – “Səbail” 1:3
Qollar: Todor Todoroski, 36 - Matiya Lyuyiç, 70; 73. Franko Mazurek, 89.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.
"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Şahin Diniyevin üzü nəhayət ki, güldü. “Dənizçilər” Xəzər dənizinin Sumqayıtdakı sahillərində fırtına qoparmağı bacardılar. Onlar ilk hissəsini minimal hesabla uduzduqları oyunun nəticəsini öz xeyirlərinə dəyişməyi bacardılar. Bu qələbə sayəsində “Səbail” sonuncu pilləni də tərk etdi.
Todoroski 36-cı dəqiqədə hesabı açanda bu qolun oyunda sonuncu olmayacağı bəlli idi. Lyuyiç 70 və 73-cü dəqiqələrdə görüşün taleyini həll etdi. Mazurek 89-cu dəqiqədə “Səbail”in üstünlüyünü daha da möhkəmləndirdi.
Bu qələbə sayəsində “Səbail” xalını 25-ə yüksəltdi və “Şamaxı”nı iki xal üstələməklə 9-cu pilləyə qalxdı. “Dənizçilər”dən bir pillə yuxarıda 28 xallı “Sumqayıt” dayanır.
“Qarabağ” – “Qəbələ” 3:0
Qol: Elvin Cəfərquliyev, 43. Abdulla Zubir, 75. Ramil Şeydayev, 84.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ” “Qəbələ”ni məğlub etməklə çempionluq yolunda daha bir əngəli aşmağı bacardı. “Qəbələ” ilk yarıda güclü rəqibinə qarşı inamla müdafiə olunsa da, Elvin Cəfərquliyevin 43-cü dəqiqədə vurduğu baxımlı qola əngəl olmağı bacarmadılar. Bununla da “Qarabağ” həm də psixoloji üstünlük qazandı. Davamını gətirmək isə heç də çətin olmadı. Zubirlə Ramil Şeydayev ikinci hissədə qələbəyə öz töhvələrini verdilər. Ramil bu qol sayəsində mövsümün ən məhsuldar futbolçusu olan Musa Qurbanlıya çatmağı bacardı. İndi “Qarabağ”ın hər iki futbolçusunun aktivində 20 qol var.
84 xallı “Qarabağ”ın növbəti çempionluğu bayram etməsi üçün cəmi bir qələbə kifayətdir. Ondan sonra “Sabah”ın qalan üçün oyunda hansı nəticələri qazanacağının da önəmi qalmayacaq. “Qəbələ”nin isə 48 xalı var, “qırmızı-qaralar” 4-cü pillədən bərk-bərk yapışıblar.
Amal Abuşov