Azərbaycan Premyer Liqasında mövsümün medalçılarının mükafatlandırma mərasiminin yeri və vaxtı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir 28 mayda "Azərsun Arena"da baş tutacaq.
Ümumiyyətlə, çempionatın son turu iki gün ərzində olacaq. Qeyri-medalçılar mayın 27-də oynayacaqlar. Ertəsi isə əvvəlcə "Neftçi" - "Sabah" görüşü olacaq. Matç saat 17:30-da başlayacaq. "Qarabağ"la "Turan Tovuz"un dueli isə "Azərsun Arena"da olacaq və saat 19:30-da start götürəcək. Oyundan sonra mükafatlandırma mərasimi olacaq. "Sabah" ilə "Neftçi" də Suraxanıya gələcəklər.
Qeyd edək ki, mövsümün qızıl medalına "Qarabağ", "gümüş"ə "Sabah", "bürünc"ə isə "Neftçi" yiyələnib.
Mirağa