19:19 22.05.2023 499

“Büdcəmiz hələ bəlli deyil” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 35-ci turunun "Sabah"la (0:0) görüşündən sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

"Gərgin oyunun şahidi olduq. Hər iki komanda meydanda amansız mübarizə aparırdı. Qələbə qazanaraq şanslarımızı son tura saxlamaq istəyirdik. Düşünürəm ki, qələbəyə yaxın idik. Rəqibdə 90-cı dəqiqədə 100 faizli qol imkanı yarandı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam. Yaxşı rəqibə qarşı oynayırdıq. "Sabah" ikinci yeri təmin etsə də, necə mübarizə aparırdı, görürdüz. Əsas heyət son dəqiqəyə qədər meydanda idi. Sonuna qədər mübarizə aparırdılar. Bizim işimizi bir az çətinləşdirirdi, amma ümumən oyunun öhdəsindən futbolçularım pis gəlmədi. Ağır səfər oyunundan üstün epizodlarla ayrılırıq. Amma təəssüf ki, onları qola çevirə bilmədik.

Qış fasiləsində futbolçularla danışanda, işin bura qədər qalacağını müzakirə edirdik. Bilirdik ki, "Qəbələ" ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcək. Elə də oldu. Üç tur bundan qabaq altı xal geridəydik. Ancaq indi son tura qədər şansımız qalıb. Amma rəqib mütləq məğlub olmalıdı, biz qalib gəlməliyik. Hətta bərabərlik bizə kifayət etmir. "Qəbələ" evdə "Kəpəz"ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadı, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik. Əslində, mövsümün əvvəlində hədəf dördüncü yeri tutmaq idi. Bunun uğrunda da iki komanda arasında mübarizə getdi. Hansı komanda dördüncü yeri tutsa, məncə, hər ikisi layiqdir.

Rəhbərliklə hələ danışmamışıq. Büdcəmiz hələ müəyyən deyil. Mövsüm bitdikdən sonra daha detallı şəkildə bu barədə müzakirələr aparacağıq. Dörd futbolçu gətirdik, ancaq onlardan yalnız Eldardan istədiyimiz kimi istifadə etdik. Vladislav Kulaç zədələdir, bizimlə deyil. Donald Gerye iki aylıq zədələnmişdi. İbrahim Abbas da zədəli gəlmişdi, sonradan bizə qoşuldu. Transfer etdiymiz oyunçuların potensialından tam istədiyimiz kimi istifadə edə bilmədik. Ancaq gələn il üçün güclənmək istəyirik. Mövsüm başa çatsın, detallı təhlil edib növbəti mövsümə hazırlaşacağıq”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X