Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən Jan Borotra fəxri diplomuna layiq görülən Qurban Qurbanov aldığı mükafat barədə danışıb.
"Qarabağ"ın baş məşqçisi fikirlərini Fanat.Az-a bölüşüb:
"Çox da şərh vermək istəmirəm. Mənə çox xoş oldu. İlk növbədə bir azərbaycanlı kimi sevinirəm. "Olimpik Marsell"ə oyundan 1 ildən çox vaxt keçsə də, hələ də unudulmayıb. Təbii, belə mükafat bizi daha da ruhlandırır, həm də məsuliyyətimizi artırır. Bundan sonra işimizə daha ciddi yanaşmalı, hər zaman ədalətli olmağa çalışmalıyıq. Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jenö Kamutiyə məktuba və dəvətə görə təşəkkürümü bildirirəm. Təbii ki, əgər iş qarfikimizə mane olmasa, dəvəti qəbul edəcəm və tədbirdə iştirak etməyə çalışacam".
Qeyd edək ki, bu il "Jean Borotra World Fair Play Career" mükafatlarına dünyadan cəmi 4 nəfər layiq görülüb. Bunlar Qurban Qurbanovla yanaşı amerikalı Katrin Svitzer, italiyalı Marko Kalamay və macar Antal Dunaydır.
Nihat