16:01 01.06.2023 958

"Neftçi"nin prezidenti: "7-8 yeni transfer olacaq"

Bu gün "Neftçi" klubunun yeni forma sponsoru ilə müqavilə imzalama mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, tədbirdə çıxış edən paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb. 

O, 3 iyun tarixində "Qəbələ"yə qarşı keçirəcəkləri ölkə kubokunun finalında qalib gələcəklərini bildirib: 

"İnşallah, udacağıq. Komandaya, məşqçiyə, azarkeşlərimizə böyük ümidimiz var. İnanıram ki, stadion dolu olacaq. İnsanları əyləndirmək üçün xüsusi proqram olacaq. Bizim üçün vacib oyundur. "Neftçi" onsuz da meydana qələbə üçün çıxır. Qələbə qazanacağımıza inanırıq".

Klub rəhbəri artıq transfer çalışmalarına başladıqlarını açıqlayıb: "Biz baş məşqçimizə güvənirik. Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıqlarımız gedir. Söhbət "böyük beşlik" liqalarında çıxış edən komandalardan gedir. İnanırıq ki, daha güclü heyətə sahib olacağıq. 

Dəyişməyin də mənası olmalıdır. Özümüz də görürük ki, istədiyimiz kimi oyun göstərə bilmirik. Amma məşqçimizə də, futbolçularımızı da inanırıq. Yeni futbolçular da gələcək, yeni rənglər, yeni nəfəs olacaq. Biz buna inanırıq. Çox ambisiyalı heyət yığırıq. Sırf Azərbaycan Premyer Liqası üçün yox, Avropada da uğurlu çıxış etmək üçün. Biraz gözləmək lazımdır. Yay transfer pəncərəsinin açılmasını gözləmirik, çox aktiv işlər gedir. 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə futbolçu alınacaq. 1-2-si Azərbaycandan olacaq.

Ümumiyyətlə, həmişə özüm-özümə sual verirəm ki, əgər imkan varsa, transfer etmək niyə çətin olur? Ona görə çətindir ki, çünki yaxşılar arasından ən yaxşısını seçməyə çalışırsan. Ona görə böyük klubların transfer keçidləri avqustun sonlarında olur. Yoxsa pul barədə imkanları var. İyundan keçidləri həll edib hazır heyətlə məşq edə bilərlər.

Yaxşı futbolçuların sayı zəif futbolçuların sayından azdır. Piramida ilə müqayisə etsək, yaxşı futbolçular ən başdadır. Ortatab futbolçu gətirmək qəhrəmanlıq deyil. Amma yaxşı futbolçu üçün güclü klublarla rəqabət aparırsan. Yaxşıf tubolçu tapmaq çox çətindir. Tək bizdə deyil, bütün klublarda elədir. Uyğunlaşar, ya uyğunlaşmaz deyə məsələlər olur. Bundesliqada oynayan biri gəlir, amma burada özünə yer tapa bilmir. Amma Lüksenburqdan dəvət etdiyimiz Buqrini daha sonra yarım milyona satdıq. Yaxşı futbolçu tapıb gətirmək çətindir".

Kamran Quliyev "Neftçi"nin əfsanəsi, hazırda "Qarabağ"ın məşqçilər korpusunda yer alan Zaur Tağızadəni komandaya dəvət etməklə bağlı sualı isə belə cavablandırıb:

"Zaurla dostuq. Zaurdan başqa "Neftçi"də iz qoyub gedən hər bir futbolçuyla dostluq əlaqələrimiz var. Əgər Zaur və onun kimi "Neftçi"də iz qoyub gedənlər iş axtarışında olsaydılar, birinci ona dəvət göndərən klub biz olardıq. Bildiyiniz kimi, Zaur Tağızadə digər klubda uğurlu fəaliyət gsötərir. Amma "Neftçi"nin tarixinə düşən insanlar üçün "Neftçi"də hər zaman iş olacaq".

Qeyd edək ki, baş məşqçi Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Komanda onun rəhbərliyi altında bu il ölkə çempionatını 3-cü pillədə başa vurub. 

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X