"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın "Championat.com" saytına danışıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin əsas qolkiperi Rusiya və Azərbaycan klublarının maliyyə durumunu müqayisə edib:
"Ümumiyyətlə bir-biri ilə uzlaşmayan rəqəmlərdir. Heç Rusiyada son yerlərdə qərarlaşan, tutaq ki, "Fakel" kimi klublarla da müqayisə etmək çətindir. Büdcəsi çox olmayan "Səbail" və ya "Sumqayıt"dan danışmıram, "Qarabağ"ı nəzərdə tuturam. Məncə, büdcə baxımından Azərbaycan çempionu Rusiyada ilk 10 komanda sırasına düşə bilməz".
Qeyd edək ki, 26 yaşlı Şahruddin 2016-cı ildən "Qarabağ"dadır.
Nihat